C.Batton: “Formula1-ə qayıda bilərəm”

McLaren komandasının sürücüsü Censon Batton bildirib ki, komandası istəsə, 2018-ci ildə Formula1-ə qayıda bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2010-2016-cı illərdə McLaren komandasında yarışmış və keçən ilin sonunda Formula1 karyerasına birillik fasilə vermişdi.

Amma Batton bu il Alonsonun İndy500-ə getməsi ilə Monakoda MCL32-nin sükanı arxasına keçəcək. Qeyd edək ki, 37 yaşlı sürücünün McLaren ilə 2018-ci ilin sonuna qədər müqaviləsi var. Alonsonun isə müqaviləsi ilin sonunda bitəcək və ispaniyalı sürücünün adı Ferrari, Renault və Mercedes komandaları ilə hallanır.

Censon Batton: “Gələn il idmana qayıtmağı rədd edə bilmərəm. Çünki komandamla müqaviləm var. Buna görə də bu alternativi rədd edə bilmərəm. Bu il yarışmaq üçün çox alternativim olsa da, heç biri ilə maraqlanmadım. Monako böyük ehtimalla builki tək yarışım olacaq. Amma başqa yarışda da iştirakımı istəsələr, yenə hazıram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*