C.Batton: “Elə bildim Maqnussenə cəza veriləcək”

Censon Batton 1-ci sessiyadan sonra elə bilib ki, Kevin Maqnussenə cəza veriləcək və buna görə də yenidən bolidinə minib.

F-1.az xatırladır ki, McLaren komandasının sürücüsü sıralanma turunun ilk sessiyasında mübarizəni dayandırmışdı. Batton boliddən düşüb jurnalistlərlə müsahibəyə gedən vaxt ona qaraja qayıtmalı olduğunu deyiblər və britaniyalı sürücü yenidən qaraja qayıdaraq, bolidinə minib. Amma daha sonra ona Q2-də iştirak edə bilməyəcəyi deyilib.

Censon Batton: “Dediklərinə görə Kevin sürətli dövrəsində 3 dəfə tras xaricinə çıxıb. Mən hələ də görməmişəm. Bilmirəm. Biz düşündük ki, onun atdığı dövrə ləğv olunacaq. Amma Q2 başlayandan sonra gördük ki, hər şey bizim üçün bitdi. Q2 başlamamış nəsə etsəydilər, daha yaxşı olardı. Amma sessiya başladıqdan sonra veriləcək qərarın heç kəsə faydası yoxdur”.

McLaren sürücüsünün ilk sessiyada yaşadığı arxa qanad problemi onun ikinci dəfə trasa çıxmasına imkan verməyib və bu amil britaniyalı sürücünün birinci sessiyada mübarizəni dayandırmasına səbəb olub: “Səkkizinci döngədə arxa qanad yerindən çıxdı və asfalta yatma qüvvəsini itirdim. Bolidin yol tutumu get-gedə pisləşdi. Problemi həll edib yenidən trasa çıxmaq istədik, amma vaxtımız yox idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*