20 Oktyabr 2017, Cümə - 05:31

C.Batton: “Bəhreyndə test etməyin mənası yox idi”

C.Batton: “Bəhreyndə test etməyin mənası yox idi”

Müəllif: Rauf Hacıyev, redaktor

19:51 - 25 May, 2017

McLaren komandasının sürücüsü Censon Batton bildirib ki, Bəhreyn testlərində iştirak etməyin mənası yox idi.

F-1.az xatırladır ki, Batton Monakoda Alonsonu əvəz edir, lakin britaniyalı sürücü MCL32 trasda test etməyərək, Monakoya gəlib. 37 yaşlı sürücünün Bəhreyndə yeni bolidi test etmək şansı olsa da, bundan imtina etmişdi.

Censon Batton: “Monako yarışına tam hazıram. Düzdür, əvvəllər bolidi sürməmişdim, lakin yeni qaydalardan xəbərdaram. Bəhreyndə yarımgünlük test mənə heç nə qazandırmayacaqdı. Çünki fərqli tərzdə olan bir trasda sürmək performansıma təsir etməzdi. Həm də cəmi 17 dövrə vura biləcəkdim.

Buna görə də testlərdə iştirak etməkdənsə, simulyatorda işləməyi üstün tutdum. Komanda da bunu qəbul etdi. Biz simulyatoru çox sevirik və sürücülərə çox faydaları olur. Çox şey eynidir. Monakoda gözəl xatirələrim var. Burada 17 dəfə yarışmışam və 1 dəfə qalib gəlmişəm. Monako mənim üçün xüsusidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 65
Teqlər , , ,
Paylaş

logo