21 Sentyabr 2018, Cümə - 11:59

C.Aytken Renault-nun ehtiyat sürücüsü olub

C.Aytken Renault-nun ehtiyat sürücüsü olub

Müəllif: Rauf Hacıyev, redaktor

12:03 - 21 Fevral, 2018

Cek Aytken bu ildən etibarən Renault-nun üçüncü və ehtiyat sürücüsü, Artyom Markelov isə test pilotu olacaq.

F-1.az xatırladır ki, Renault-nun gənc sürücü proqramında yetişən Aytken son mövsümü GP3-də keçirmiş və Mercedes-in gənc istedadı Rasselldən sonra ikinci olmuşdu. Qeyd edək ki, 22 yaşlı sürücü bu il ART komandası ilə Formula2-də çıxış edəcək.

Siril Abitebul: “Cek Renault-nun sürücü proqramında böyüyüb və son illərdə çox inkişaf edib. İstedadlıdır və fürsəti dəyərləndirməyə hazırdır. Həm Formula2-də yarışacaq, həm də Formula1-dəki vəzifələrini yerinə yetirəcək. Onunla işləyəcəyimiz üçün həyəcanlıyıq”.

Formula2 komandalarından Russian Time-ın şərəfini qoruyan Artyom Markelov isə Renault-nun test və developer sürücüsü olacaq. Xatırladaq ki, Rusiyalı sürücü bu il Formula2-də 5-ci mövsümünü keçirəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 152
Teqlər , , ,
Paylaş

logo