A.Bulanje Renault Sport Technologies-in idman direktoru təyin olunub

Renault Sport Technologies şirkəti elan edib ki, Arno Bulanje şirkətə yeni idman direktoru təyin olunub. Formula1-də iyirmiillik iş təcrübəsi olan […]

Renault Sport Technologies şirkəti elan edib ki, Arno Bulanje şirkətə yeni idman direktoru təyin olunub. Formula1-də iyirmiillik iş təcrübəsi olan Arno yeni yaradılmış Alpine Caterham şirkətinə gedən Jan Paskal Dosu əvəzləyəcək.

Fransanın Ali incəsənət məktəbinin məzunu olan Bulanje Renault Sport-a 1992-ci ildə gəlib. 1995-ci ildən Benetton komandasında motorların test edilməsinə cavabdehlik daşıyıb, 1997-98-ci illərdə Ənstoundan olan komandanın baş yarış mühəndisi təyin olunub.

1999-cu ildə Renault komandasında tədqiqat şöbəsinin baş mühəndisi təyin olunub, sonra isə koordinasiya və perspektivli layihələr şöbəsinə başçılıq edib. Texnoloji proseslər və etibarlılıq şöbəsinə başçılıq edərkən Renault komandası iki titul qazanıb.

Renault komandası Lotus adlanmağa başlayandan sonra Bulanje baş texnoloq olur, keçən il isə kənar layihələrin rəhbəri təyin olunub. Gələn ilin yanvarın 1-dən Arno Renault Sport Technologies şirkətində idman direktoru vəzifəsini icra edəcək.

Arno Bulanje: “Formula1-də 20 il keçiridkdən sonra yeni çağırışa cavab vermək imkanı ələd etdim. Son illərdə Jan Paskalın gördüyü işlər sayəsində Renault Sport çox böyüyüyb və inkişaf edib, məhsul diapazonu genişlənib, məhsulların maya dəyəri aşağı salınıb və biz müştərilərimizin maarqlarını tam ödəyirik. Mən avtoidmanda qazandığım təcrbəni Renault Sport Technologies-in xeyrinə sərf etməyə çox şad olacam.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*