19 Oktyabr 2017, Cümə axşamı - 12:56

Bukmeykerlər M.Ferstappenin titulları üçün pul qoyuluşları elan ediblər

Bukmeykerlər M.Ferstappenin titulları üçün pul qoyuluşları elan ediblər

Müəllif: Elçin Zodorov, redaktor

15:24 - 15 Noyabr, 2016

2015-ci ildə Formula1-də debüt edən Maks Ferstappen elə ilk gündən diqqətləri üzərinə çəkməyi bacarıb. Formula1-də yarışan ən gənc sürücü olan Maks üçün cari mövsüm bir çox əlamətdar hadisələrlə zəngin olub.

F-1.az xatırladır ki, mövsümün gedişində – İspaniya Qran Prisindən əvvəl Daniil Kvyatın əvəzinə Red Bull-a gətirilən gənc hollandiyalı Barselonada yeni komandası ilə ilk yarışdaca qələbə qazanmışdı. Ən gənc qələbə qazanan, ən gənc podiuma yüksələn, ən gənc yarışa liderlik edən sürücü olan Maks Braziliyadakı yarışda ən gənc sürətli dövrə vuran sürücü adına sahib çıxıb. Red Bull-a keçidindən sonra 7 dəfə podiuma yüksələn sürücü bir çoxları tərəfindən gələcəyin çempionu hesab edilir.

Maksın titul və ya titullar qazanmaq potensialı o qədər yüksək görünür ki, artıq Britaniyanın bəzi bukmeyker idarələri onun gələcək uğurlarına pul qoyuluşu qəbul edirlər.

UğurƏmsal
2017-ci ildə çempion olmaq6.00
Karyerası boyu 3 və ya daha artıq titul qazanmaq1.80
Karyerası boyu 4 və ya daha artıq titul qazanmaq2.00
Karyerası boyu 5 və ya daha artıq titul qazanmaq3.50
Karyerası boyu 6 və ya daha artıq titul qazanmaq7.00
Karyerası boyu 7 və ya daha artıq titul qazanmaq11.00
Karyerası boyu 8 və ya daha artıq titul qazanmaq17.00
Ən gənc dünya çempionu olmaq1.67
Karyerası boyu Mixael Şumaxerdən (91) daha çox qələbə qazanmaq17.00
Karyerası boyu 100-dən çox qələbə qazanmaq34.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 069
Teqlər , , ,
Paylaş

logo