20 Oktyabr 2017, Cümə - 21:53

Bukmeykerlər: 2016-cı ildə titulu kim qazanacaq?

Bukmeykerlər: 2016-cı ildə titulu kim qazanacaq?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:49 - 30 Yanvar, 2016

Britaniyanın məşhur William Hill idarəsinin bukmeykerləri hər ayın sonunda olduğu kimi bu dəfə də qarşıdakı mövsüm üçün reytinq cədvəllərini açıqlayıblar.

F-1.az William Hill idarəsinin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər keçən ayla müqayisədə McLaren Honda komandasının sürücülərinin şanslarını artırıblar.

Titul uğrunda mübarizədə bukmeykerlər hələ Lyuis Həmiltonu favorit hesab edirlər – hazırkı dünya çempionu komanda yoldaşı Niko Rosberqi iki dəfədən çox qabaqlayır. Dördqat dünya çempionu Sebastyan Fettel isə üçüncü sətri tutur.

İlk üçlük təəccüb doğurmasa da, bukmeykerlər gözlənilməz gediş ediblər – onların fikrincə, bu il Fernando Alonsonun McLaren Honda maşınında çempion olmaq şansı Kimi Rəykkönenin Ferrari ilə çempion olmaq şansından daha çoxdur. Alonsonun komanda yoldaşı Censon Battonun da şansları iki dəfə artıb və o, Rikkardo ilə Bottası üstələyərək 6-cı yerə yüksəlib.

Maraqlıdır, bəlkə bukmeykerlər nəsə bilirlər? 🙂

Bukmeykerlərin reytinqi: 2016-cı ildə sürücülər arasında dünya çempionu titulu
Lyuis Həmilton1.61
Niko Rosberq3.75
Sebastyan Fettel5.00
Fernando Alonso26.00
Kimi Rəykkönen41.00
Censon Batton51.00
Valtteri Bottas, Daniel Rikkardo67.00
Felipe Massa101.00
Daniil Kvyat151.00
Serxio Peres, Niko Hülkenberq, Maks Ferstappen501.00
Roman Qrojan, Pastor Maldonado, Karlos Sayns751.00
Esteban Qutyerres, Felipe Nasr, Colion Palmer, Markus Erikson1001.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 285
Teqlər , , , , , , ,
Paylaş

logo