21 İyul 2018, Şənbə - 21:43

Bu il yarışlar bir saat gec başlaya bilər

Bu il yarışlar bir saat gec başlaya bilər

Müəllif: Elçin Zodorov, redaktor

12:06 - 28 Yanvar, 2018

Formula1-in kommersiya hüquqlarının sahibi Liberty Media promouterlər və TV şirkətlərinin rəhbərləri ilə bu mövsqm yarışların 1 saat gec başlaması məsələsini müzakirə edir.

F-1.az bildirir ki, Avropa mərhələləri adətən yerli vaxtla saat 14:00-da start götürür. Lakin Liberty Media start vaxtının 15:10-a çəkilməsini təklif edir. Çünki bu halda ABŞ-dakı Formula1 azarkeşlərinin hesabına tamaşaçı auditoriyasının genişlənəcəyi düşünülür.

Yarışın hava qaraldıqdan sonra baş tutduğu Bəhreyn, Sinqapur və Əbu Dabidə vaxt dəyişikliyinə gediləcəyi gözlənilmir. Müzakirələr davam edir, qərarların növbəti həftələrdə açıqlanması gözlənilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 119
Teqlər ,
Paylaş

logo