B.Senna Formula1-də debütə hazırlaşır?

Mövsümün əvvəlində Bruna Senna Formula1 komandalarından heç biri ilə müqavilə bağlaya bilmədi. Şayiələr gəzirdi ki, o Toro Rosso-nun və ya […]

Mövsümün əvvəlində Bruna Senna Formula1 komandalarından heç biri ilə müqavilə bağlaya bilmədi. Şayiələr gəzirdi ki, o Toro Rosso-nun və ya Honda Racing komandasının varisinin maşınlarından birinin sükanı arxasına otura bilər, amma hər iki komanda başqa sürücülərlə müqavilələr bağladı. Keçən həftə Bruno Mercedes Motorsport-un vitse prezidenti Norbert Hauqun Almaniyanın DTM kuzov çempionatında iştirak etmək təklifini rədd edib. Çində şayiələr yayılıb ki, Bruno elə bu il Formula1 maşınının sükanı arxasına oturmağa ümid edir, o ya Force İndia-da Cankarlo Fizikellanı, Toro Rosso-da Sebastyen Burdeni və ya Brawn GP-də Rubens Barrikellonu əvəz edə bilər…

Hər bir variantın əsası var. Force İndia adlı=sanlı soyadı olan sürücünü komandaya dəvət etməkdə maraqlıdır ki, bu komandaya diqqəti artıracaq. Toro Rosso-da Sebastyen Buemi olduqca uğurla debüt edib, o isə keçən il Brunoya GP2 seriyasında uduzmuşdu və onların mübahisəsinin davamı Formula1 üçün də maarqlı oalrdı. Brawn GP-yə gəlincə, Ross Braun heç vaxt gizlətməyib ki, onun bu namizəddən həmişə xoşu gəlib, amma böhran şəraitində o Barrikelloya üstünlük vermişdi.

Burdenin əvəz olunması versiyası ən ehtimallı görünür, amma hələlik bu məlumat təsdiq olunmayıb. İstənilən halda mövsümün gedişində testlərin qadağan olunması gənc sürücülərin çempionatda debütünü ciddi çətinləşdirib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*