14 Dekabr 2018, Cümə - 16:34

Britaniya yarışının gələcəyi necə olacaq?

Britaniya yarışının gələcəyi necə olacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

15:09 - 10 Yanvar, 2018

Britaniya sürücülər klubunun (BRDC) sabiq rəhbəri Derek Uorik bildirib ki, Britaniya Qran Prisinin gələcəyi təhlükə altındadır.

F-1.az xatırladır ki, Silverstoun trası maliyyə problemlərinə görə yeni müqavilə bağlamaq istəmir.

Derek Uorik: “Yarış qəbul etmək böyük xərclər tələb edir. Keçmişdən bəri pul itiririk. Bu da indiki vəziyyətin səbəbidir. Düzdür, Britaniya avtoidmanın vətənidir. Amma bu o demək deyil ki, gələcəkdə Britaniya Formula1 təqvimində ola bilər. Təbii ki, əsas məqsədimiz Silverstounu təqvimdə saxlamaqdır. Buraya istəklə gələn fanatlar var və onlar üçün bunu etməliyik. Amma indiki müqavilə əsasında bunun reallaşması mümkünsüzdür. Görək necə olacaq. Ümid edirəm ki, Liberty Media ilə danışıqlar yaxşı nəticələnər və Britaniya təqvimdə qalar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 226
Teqlər , ,
Paylaş

logo