19 Sentyabr 2018, Çərşənbə - 05:38

Britaniya-2018: Yarış

Britaniya-2018: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

19:27 - 08 İyul, 2018

Formula1 tarixində ilk dəfə baş tutan ardıcıl üç yarışın sonuncusu Britaniyada keçirilib. Mövsümün onuncu yarışına sürücülər çempionatına liderlik edən Sebastyan Fettel Silverstouna əsas rəqibi Lyuis Həmiltondan bir xal öndə gəlib.

F-1.az bildirir ki, artıq sərbəst yürüşlərdən Ferrari və Mercedes arasında kəskin mübarizə gedəcəyi aydın olub. İlk məşqlərdə Həmilton, ikinci məşqlərdə isə Fettel hamıdan sürətli olub. Şənbə günü baş tutan son məşqlərdə də Həmilton protkollara başçılıq edib.

Sıralanma turunda da mübarizə gərgin olub. Lyuis Həmilton doğma trasında poulu Ferrari sürücülərini cüzi fərqlə üstələyərək əldə edib. Yarışa ilk cərgədən Həmilton və Fettel, ikinci cərgədən Rəykkönen və Bottas, üçüncü cərgədən isə Red Bull sürücüləri başlayıblar.

Pirelli bura mövsümdə ilk dəfə Hard, Medium və Soft üçlüyünü gətirib. Hard tərkiblə çox böyük məsafə qət etmək mümkün olsa da, sürət fərqi də az olmayıb. Buna görə də komandalar elə məşqlərdən digər iki tərkibə üstünlük veriblər.

Həmiltonun startı uğursuz alınıb, Fettel və Bottas onu qabaqlayıblar. Rəykkönen və Həmilton toqquşublar və britaniyalı sürücü yerində fırlanaraq peletonun gerisinə düşüb. 2-ci dövrədə ilk onluq: Fettel – Bottas – Ferstappen – Rəykkönen – Rikkardo – Hülkenberq – Lekler – Okon – Sayns – Maqnussen.

Hartli ikinci dövrədə boksa qayıdıb və mübarizəni dayandırıb. Lyuis artıq 10-cu dövrədə altıncı yerə qədər yüksəlib. Lider Fettel isə Bottasdan 6 saniyə uzaqlaşıb. Rəykkönenə startdakı insidentə görə 10 saniyəlik cəza verilib. Finlandiyalı sürücü 14-cü dövrədə boksa  gələrək cəzasını çəkib. Alonso və Peres də eyni dövrədə təkərlərini dəyişiblər. Rəykkönen trasa 11-ci yerdə qayıdıb. Dərhal Maqnussen və Saynsı, daha sonra isə Lekler və Hülkenberqi keçib.

18-ci dövrədə Ferstappen və Sayns pit-stop ediblər. Sayns Hard təkərlərə keçən ilk sürücü olub. Növbəti dövrədə Rikkardo və Lekler pit-stopa çağrılıblar. Trasa qayıdan Lekler maşını təhlükəsizlik zonasında saxlamalı olub – mexaniklər onun sol ön təkərini yaxşı bağlamayıblar. Hülkenberq də komanda yoldaşı kimi Hard təkərlərə keçib. Həmilton təkərlərini 24-cü dövrədə dəyişib və trasa 6-cı yerdə qayıdıb. 20-ci dövrədə ilk onluq: Fettel – Bottas – Ferstappen – Rikkardo – Rəykkönen – Həmilton – Hülkenberq – Okon – Alonso – Maqnussen.

31-ci dövrədə Rikkardo ikinci dəfə təkərlərini dəyişib və Soft təkərlərə keçib. O, trasa Həmiltondan 10 saniyə arxada 6-cı yerdə qayıdıb. 33-cü dövrədə Eriksson açıq DRS ilə yüksək sürətlə birinci döngədə yoldan çıxıb və baryerlərə çırpılıb. Təhlükəsizlik Maşını trasa daxil olub. Eriksson dərhal kokpiti tərk edib və tibbi mərkəzə yollanıb. Alonso, Sayns, Qasli, Peres, Fettel, Ferstappen və Rəykkönen pit-stopa yollanıblar. TM arxasında ilk onluq: Bottas – Fettel – Həmilton – Ferstappen – Rəykkönen – Rikkardo – Hülkenberq – Okon – Maqnussen – Alonso.

Restart 37-ci dövrədə verilib. Bottas liderliyi qoruyub, Rəykkönen Ferstappenə hücum edib, finlandiyalı sürücü irəli çıxmağı bacarsa da, Maks təslim olmayıb və mövqeyini geri qaytarıb. 38-ci dövrədə Qrojanla Sayns qəza edib və TM yenidən trasa qayıdıb. 41-ci dövrədə mübarizə yenidən başlayıb, Fettel dəfələrlə Bottasa hücumlar etsə də, finlandiyalı sürücü yerini qoruya bilib. Kiminin hücumları isə, nəhayət, 43-cü dövrədə bəhrəsini verib və finlandiyalı sürücü Ferstappeni üstələyib.

İlk dördlük yüksək templə yarışa davam edib, 46-cı dövrədə Ferstappen əyləc problemlərinə görə idarəetməni itirb və yerində fırlanıb. Gənc sürücü mübarizəni dayandırıb. Bottas əvvəlcə Fettel, daha sonra isə Həmilton tərəfindən keçilib. Sona iki dövrə qalmış Rəykkönen həmyerlisini podiumun son yeri uğrunda mübarizədə üstələyə bilib.

Sebastyan Fettel mövsümdə 4-cü, karyerasında 51-ci qələbəsini əldə edib. Alman sürücü çempionatdakı üstünlüyünü 8 xala çatdırıb. Həmilton damalı bayrağı görən ikinci, Rəykkönen isə üçüncü sürücü olub.

Mübarizə iki həftə sonra Almaniyada davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
15Sebastyan FettelFerrari1:27:29.7842
244Lyuis HəmiltonMercedes AMG+ 0:02.2641
37Kimi RəykkönenFerrari+ 0:03.6522
477Valtteri BottasMercedes AMG+ 0:08.8831
53Daniel RikkardoRed Bull+ 0:09.5002
627Niko HülkenberqRenault+ 0:28.2201
731Esteban OkonForce İndia+ 0:29.9301
814Fernando AlonsoMcLaren+ 0:31.1152
920Kevin MaqnussenHaas+ 0:33.1881
1011Serxio PeresForce İndia+ 0:34.7082
112Stoffel VandornMcLaren+ 0:35.7742
1218Ləns StrollWilliams+ 0:38.1061
1310Pyer Qasli*Toro Rosso+ 0:39.1292
1435Sergey SirotkinWilliams+ 0:48.1131
1533Maks FerstappenRed Bull+ 6 dövrə2

* – Pereslə insidentə görə nəticəsinə 5 saniyə əlavə olunub.

Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:30.696 (47-ci dövrə, 233.831 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Karlos SaynsRenault38qəza
Roman QrojanHaas38qəza
Markus ErikssonSauber33qəza
Şarl LeklerSauber19təkərin bağlanmaması
Brendon HartliToro Rosso2güc qurğusu

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
15Sebastyan FettelScuderia Ferrari171
244Lyuis HəmiltonMercedes AMG Petronas Motorsport163
37Kimi RəykkönenScuderia Ferrari116
43Daniel RikkardoAston Martin Red Bull Racing106
577Valtteri BottasMercedes AMG Petronas Motorsport104
633Maks FerstappenAston Martin Red Bull Racing93
727Niko HülkenberqRenault Sport Formula 1 Team42
814Fernando AlonsoMcLaren F1 Team40
920Kevin MaqnussenHaas F1 Team39
1055Karlos SaynsRenault Sport Formula 1 Team28
1131Esteban OkonSahara Force India F1 Team25
1211Serxio PeresSahara Force India F1 Team24
1310Pyer QasliRed Bull Toro Rosso Honda18
1416Şarl LeklerAlfa Romeo Sauber F1 Team13
158Roman QrojanHaas F1 Team12
162Stoffel VandornMcLaren F1 Team8
1718Ləns StrollWilliams Martini Racing4
189Markus ErikssonAlfa Romeo Sauber F1 Team3
1927Brendon HartliRed Bull Toro Rosso Honda1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Scuderia FerrariFerrari247
2Mercedes AMG Petronas MotorsportMercedes267
3Aston Martin Red Bull RacingRenault199
4Renault Sport Formula 1 TeamRenault70
5Haas F1 TeamFerrari51
6Sahara Force İndia F1 TeamMercedes49
7McLaren F1 TeamRenault48
8Red Bull Toro Rosso HondaHonda19
9Alfa Romeo Sauber F1 TeamFerrari16
10Williams Martini RacingMercedes4

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 203
Teqlər , , , , , , ,
Paylaş

logo