19 Sentyabr 2018, Çərşənbə - 11:09

Britaniya-2018: İkinci sərbəst yürüşlər

Britaniya-2018: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

18:36 - 06 İyul, 2018

İkinci sessiyanın əvvəlində trasın temeraturu +50 dərəcəyə çatıb. Bütün həftəsonu boyunca havanın belə olacağı proqnozlaşdırılıb və sürücülər təkərlərin səmərəliliyini yoxlamağa, sazlanmalar üstündə işləməyə üstünlük veriblər.

F-1.az bildirir ki, səhər qəza edən Qrojan ikinci sessiyada iştirak etməyib. Fransız sürücü yeni şassiyə keçəcək və yeni maşın sabah səhər FİA tərəfindən təftiş olunmalıdır.

Startdan 15 dəqiqə sonra Ferstappen yeddinci döngənin çıxışında qəza edib. Maşının təxliyə edilməsi üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Fasilə 8 dəqiqə davam edib və Maks üçün ikinci məşqlər vaxtından əvvəl başa çatıb.

Bir saatın tamamına az qalmış Qasli üçüncü döngədə təhlükəsizlik zonasında mühəndisin göstərişi ilə maşını saxlayıb. Buna səbəb güc qurğusundakı problem olub.

Protokollara bu dəfə Sebastyan Fettel başçılıq edib – 1:27.552. Məşqlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:27.55235
244Lyuis HəmiltonMercedes AMG1:27.739+ 0:00.18731
377Valtteri BottasMercedes AMG1:27.909+ 0:00.35729
47Kimi RəykkönenFerrari1:28.045+ 0:00.49334
53Daniel RikkardoRed Bull1:28.408+ 0:00.85631
614Fernando AlonsoMcLaren1:29.306+ 0:01.75431
727Niko HülkenberqRenault1:29.354+ 0:01.80234
831Esteban OkonForce İndia1:29.467+ 0:01.91532
911Serxio PeresForce İndia1:29.522+ 0:01.97031
1016Şarl LeklerSauber1:29.557+ 0:02.00530
1155Karlos SaynsRenault1:29.563+ 0:02.01135
1220Kevin MaqnussenHaas1:29.617+ 0:02.06532
1310Pyer QasliToro Rosso1:29.831+ 0:02.27916
149Markus ErikssonSauber1:30.046+ 0:02.49431
1518Ləns StrollWilliams1:30.069+ 0:02.51734
1635Sergey SirotkinWilliams1:30.103+ 0:02.55136
172Stoffel VandornMcLaren1:30.121+ 0:02.56931
1827Brendon HartliToro Rosso1:30.404+ 0:02.85235
1933Maks FerstappenRed Bull2
208Roman QrojanHaas0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 110
Teqlər , , , ,
Paylaş

logo