22 İyul 2018, Bazar - 22:31

Britaniya-2018: Günün sürücüsü – Lyuis Həmilton

Britaniya-2018: Günün sürücüsü – Lyuis Həmilton

Müəllif: Elçin Zodorov, redaktor

19:49 - 08 İyul, 2018

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonuna yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa pouldan başlayan, Rəykkönenlə toqquşaraq peletonun arxasına düşən, lakin yekunda ikinci yerə qədər yüksələrək zərəri minimuma endirən Mercedes sürücüsü Lyuis Həmilton “Günün Sürücüsü” seçilib. Lyuis bu ada cari mövsümdə ikinci dəfə layiq görülür. O, qalib gəldiyi İspaniya Qran Prisində də azatkeşlərin rəğbətini qazanmışdı.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiFernando Alonso
Bəhreyn Qran PrisiPyer Qasli
Çin Qran PrisiDaniel Rikkardo
Azərbaycan Qran PrisiŞarl Lekler
İspaniya Qran PrisiLyuis Həmilton
Monako Qran PrisiDaniel Rikkardo
Kanada Qran PrisiSebastyan Fettel
Fransa Qran PrisiSebastyan Fettel
Avstriya Qran PrisiMaks Ferstappen
Britaniya Qran PrisiLyuis Həmilton

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 42
Teqlər , , , ,
Paylaş

logo