16 Dekabr 2017, Şənbə - 03:36

Britaniya-2017: Yarış

Britaniya-2017: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

18:18 - 16 İyul, 2017

Britaniya Qran Prisi günlərində ən azı bir sessiyanın yağışda baş tutması ənənəsi bu il də davam edib – sürücülər şənbə günü məşq sessiyasının sonunda keçid təkərlərindən istifadə etməli olublar. Yeni maşınlar isə Silverstoun trasına əla uyğunlaşıblar. Bottas artıq ilk məşqlərdən trasın rekordunu yeniləyib, bu nəticə isə hər sessiyada daha da yaxşılaşıb.

F-1.az xatırladır ki, Həmiltonun poul əldə etdiyi sıralanma turunda Rəykkönen ikinci olmuşdu. Üç sürücü startda yer itirmişdi – Bottas və Rikkardo ötürmələr qutusunu dəyişdikləri üçün 5 yer, Alonso isə yeni güc qurğusuna keçdiyi üçün 30 yer itirməklə cəzalandırılmışdı.

Pirelli Britaniyaya orta üçlüyü gətirib. Sürücülər məşqlərdə Medium təkərlərdən demək olar ki, istifadə etməyərək, Soft və SuperSoft tərkiblərə üstünlük veriblər. Bottas, Massa, Stroll, Maqnussen, Verlyayn və Eriksson yarışa Soft, yerdə qalan sürücülər isə SuperSoft təkərlərlə başlayıblar.

İsinmə dövrəsində əyləc problemi yaşayan Palmer 15-ci döngədə maşını kənara çəkərək saxlamalı olub. Buna görə sürücülər daha bir qızdırma dövrəsinə yollanıblar. Həmilton startda liderliyini qoruyub, Ferstappen Fetteli üstələyərək Rəykkönenə hücumlar edib, lakin finlandiyalı sürücü yerini qoruyub. Bottas elə startdaca iki yer qazanıb. Sayns komanda yoldaşı Kvyatla toqquşmadan sonra mübarizəni dayandırıb. Təhlükəsizlik Maşını trasa çıxıb. Stüardlar Kvyata trasa təhlükəli qayıtdığı üçün pit yolundan keçmək cəzası veriblər. TM-in arxasında ilk onluq belə olub: Həmilton – Rəykkönen – Ferstappen – Fettel – Hülkenberq – Okon – Bottas – Peres – Vandorn – Massa.

Verlyayn əvvəlcə Medium, dərhal sonra isə yenidən Soft təkərlərə keçib. Beşinci dövrədə yarışa restart verilib. Həmilton yenə liderliyini qoruyub. Rikkardo idarəetməni itirərək çınqıllığa çıxıb və bir neçə yer itirib. Bottas Okon və Hülkenberqi qabaqlayaraq beşinci yerə yüksəlib.  11-ci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rəykkönen – Ferstappen – Fettel – Bottas – Hülkenberq – Okon – Peres – Vandorn – Massa.

Rikkardo əvvəlcə Alonsonu, daha sonra da Strollu üstələyib. Fettel Maksı üstələyib, lakin holland sürücü dərhal yerini bərpa edib. Bu mübarizədən istifadə edən Bottas onlara xeyli yaxınlaşıb. Komandası Fetteli 19-cu dövrədə pit-stopa çağırıb, Red Bull isə bu həmləyə növbəti dövrədə Ferstappenin təkərlərini dəyişməklə cavab verib. Lakin Maks pit-stopda bir qədər ləngiyib və trasa son iki sektorun rekroduna imza atan Fetteldən arxada qayıdıb. Rikkardo Massanı da ötərək 10-cu yerə yüksəlib.

23-cü dövrədə Stroll, 24-cü dövrədə Peres və Qrojan, 25-ci dövrədə isə Rəykkönen təkərlərini dəyişiblər. Finlandiyalı sürücü ilə eyni dövrədə pit-stop edən Həmilton trasa lider kimi qayıdıb. Sonrakı dövrələrdə Massa, Vandorn, Kvyat, Eriksson, Verlyayn, Bottas və Rikkardo da pit-stop edən sürücülər cərgəsinə qoşulublar. Alonsonun maşınının mühərriyi yanacaq nasosunun sıradan çıxması nəticəsində güc itirib və ispan sürücü bu dəfə də yarışı başa vura bilməyib. Rikkardo isə Peres, Okon və Maqnusseni də keçərək yeddinciliyə yüksəlib. SuperSoft-larla sürətli dövrələr vuran Bottas Fettellə fərqi azaltmağa başlayıb. Maqnussen də, nəhayət ki, təkərlərini dəyişib. 39-cu dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rəykkönen – Fettel – Bottas – Ferstappen – Hülkenberq – Rikkardo – Okon – Peres – Massa.

Bottas 42-ci dövrədə Fetteli keçməyə cəhd etsə də, buna nail olmayıb. Lakin növbəti dövrədə daha da yaxınlaşan Mercedes sürücüsü alman rəqibini üstələyib. Fettel ön təkərlərin çox aşınmasından şikayət edib. Sona iki dövrə qalmış ön təkərləri tam yeyilən Rəykkönen yerini Bottasa verməli olub və pitə yollanıb. Ferstappen də eyni səbəbə görə təkərlərini dəyişməli olub. Fettelin təkərləri də çox dözməyib – sol ön təkəri deşilən Sebastyan məcburi pit-stop etməli olub.

Lyuis Həmilton bu mövsüm üçüncü, karyerasında isə beşinci dəfə Böyük Dəbilqə əldə edərək qalib gəlib. Çempionatda Fettellə xal fərqini minimuma endirən Lyuis mövsümdə 4-cü, karyerasında isə 57-ci qələbəsini qazanıb. Ferrari üçün çox pis bitən yarışda Bottas ikinci yer tutaraq Mercedesin dublunu rəsmiləşdirib. Mübarizə iki həftədən sonra Macarıstanda davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
144Lyuis HəmiltonMercedes AMG1:21:27.4301
277Valtteri BottasMercedes AMG+ 0:14.0631
37Kimi RəykkönenFerrari+ 0:36.5702
433Maks FerstappenRed Bull+ 0:52.1252
53Daniel RikkardoRed Bull+ 1:05.9551
627Niko HülkenberqRenault+ 1:08.1091
75Sebastyan FettelFerrari+ 1:33.9892
831Esteban OkonForce İndia+ 1 dövrə1
911Serxio PeresForce İndia+ 1 dövrə1
1019Felipe MassaWilliams+ 1 dövrə1
112Stoffel VandornMcLaren+ 1 dövrə1
1220Kevin MaqnussenHaas+ 1 dövrə1
138Roman QrojanHaas+ 1 dövrə2
149Markus ErikssonSauber+ 1 dövrə1
1526Daniil KvyatToro Rosso+ 1 dövrə3
1618Ləns StrollWilliams+ 1 dövrə2
1794Paskal VerlyaynSauber+ 1 dövrə3

 

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) – 1:30.621 (48-ci dövrə, 234.025 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Fernando AlonsoMcLaren32yanacaq sistemi
Karlos SaynsToro Rosso1qəza
Colion PalmerRenault0əyləc, start almayıb

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
15Sebastyan FettelScuderia Ferrari177
244Lyuis HəmiltonMercedes AMG Petronas F1 Team176
377Valtteri BottasMercedes AMG Petronas F1 Team154
43Daniel RikkardoRed Bull Racing117
57Kimi RəykkönenScuderia Ferrari98
633Maks FerstappenRed Bull Racing57
711Serxio PeresSahara Force İndia F1 Team52
831Esteban OkonSahara Force İndia F1 Team43
955Karlos SaynsScuderia Toro Rosso29
1027Niko HülkenberqRenault Sport Formula 1 Team26
1119Felipe MassaWilliams Martini Racing23
1218Ləns StrollWilliams Martini Racing18
138Roman QrojanHaas F1 Team18
1420Kevin MaqnussenHaas F1 Team11
1594Paskal VerlyaynSauber F1 Team5
1626Daniil KvyatScuderia Toro Rosso4
1714Fernando AlonsoMcLaren Honda Formula 1 Team2

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas F1 TeamMercedes330
2Scuderia FerrariFerrari275
3Red Bull RacingTAG Heuer174
4Sahara Force İndia F1 TeamMercedes95
5Williams Martini RacingMercedes41
6Scuderia Toro RossoRenault33
7Haas F1 TeamFerrari29
8Renault Sport Formula 1 TeamRenault26
9Sauber F1 TeamFerrari5
10McLaren Honda Formula 1 TeamHonda2

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 655
Teqlər , , , ,
Paylaş

logo