12 Dekabr 2017, Çərşənbə axşamı - 03:05

Britaniya-2017: Tras və statistika

Britaniya-2017: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:08 - 13 İyul, 2017

Silverstounda aerodrom ikinci dünya müharibəsi illərində tikilmişdi və Amerika-Britaniya HHQ-nin bazası kimi istifadə olunurdu. Müharibədən sonra uçuş zolaqları pilotların tədrisi üçün istifadə olunurdu, daha sonra hərbçilər aerodromu birdəfəlik tərk etdilər və Silverstouna sürücülər gəldilər – əvvəlcə qeyri-rəsmi (deyilənlərə görə yerli avtohəvəskarların ilk qeyri-rəsmi yarışı maşının qoyunla toqquşmasına görə yarımçıq saxlanılıbmış).

1948-ci ildə Kral Avtomobil Klubu (RAC) milli Qran Pri keçirilməsi üçün yer axtarmağa başladı, Doninqton Park hərbçilərlə dolu idi, Bruklənddə mülki aviasyia yerləşmişdi, Silverstounun daxili yolları ən ucuz və praktiki olaraq istifadəyə hazır variant oldu – RAC tezliklə icarə məsələsini həll etdi və 3.7 mil uzunluğu olan qum saatı formasında trasa sahib oldu.

1950-ci ildə Silverstoun Formula1-in ilk milli mərhələsini qəbul etdi, Kral VI Georq və minlərlə azarkeşin izlədiyi yarışı Nino Farina qazandı. Bir ildən sonra RAC trasın idarə olunması hüququnu Britaniya Sürücülər Klubuna (BRDC) verdi və 1954-cü ilə kimi yarışlar burada keçirilirdi. Silverstoun 1955-1963-cü illərdə yarışları Eyntri ilə, 1964-1986-cı illərdə isə Brənds Hətçlə növbələyirdi, sonra isə milli mərhələnin yeganə sahibi oldu.

Çempionat rəhbərliyinin Silverstoundan heç xoşu gəlmirdi, tras müasir Asiya avtodromlarına hər bir komponentdə uduzurdu. Həm də FOM və BRDC arasındakı münaqişə hər iki tərəfin prinsipinə çevrilmişdi. Bu mərhələni hər il çempionatdan kənarlaşdırmaq istəyirdilər, amma son anda tras təqvimə qaytarılırdı. Nəhayət, 2008-ci ildə Doninqtonla 10 illik müqavilə bağlandı və güman edilirdi ki, sonuncu yarış bu trasda keçirildi. Amma Doninqton maliyyə problemləri üzündən müqaviləni təsdiq edə bilmədi və çempionat yenidən əfsanəvi trasa qayıtdı – trasla 17 illik müqavilə imzalandı.

Trasın konfiqurasiyası dəyişdirildi – yeni Arena adlandırılan sahə əlavə olduğu üçün trasın uzunluğu 745 metr artdı. 2011-ci il Qran Prisi ərəfəsində isə yeni boks kompleksinin və paddokun tikintisi başa çatdı, bir çoxları hesab edirlər ki, Club və Abbey döngələri arasında yerləşən “Qanad” kompleksi Silverstounu dünyanın ən yaxşı avtodromuna çevirib. İndi yeni start düzlüyü və pit-leyn də bu yerə köçürülüb.

2017 FORMULA 1 BRITISH GRAND PRIX
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
14-16 iyul 2017Silverstone Circuit5891 m52306.198 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Tras mühərriyin gücünə, əylənmədə stabilliyə və aerodinamikanın effektliyinə çox tələbkardır, bu cəhətdən Barselonaya oxşayır. Əyləclərin yeyilməsi çox olmasa da, yanacaq sərfiyyatı yüksəkdir.

Hava isə sürpriz ola bilər. Bu çempionatın təqvimində ən sürətli traslardan biridir, dövrədə orta sürət 235 km/saatı keçir. Bir neçə sürətli döngə təkəri həddən artıq yükləyir, asfaltın özəlliyi isə təkərin tez yeyilməsinə səbəb olur, amma trasın temperaturu adətən yüksək olmur.

Tras hissə-hissə rekonstruksiya olunduğu üçün asfalt qatı hər yerdə eyni deyil, ona görə də yağışdan sonra bəzi hissələr uzun müddət sulu qalır – xüsusən də 3-cü sektorda asfalt gec quruyur.

2016-cı ilin Britaniya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərBuludlu. QuruLyuis HəmiltonMercedes AMG1:31.654
2-ci sərbəst yürüşlərBuludlu. QuruLyuis HəmiltonMercedes AMG1:31.660
3-cü sərbəst yürüşlərBuludlu. Qurumaqda olan trasLyuis HəmiltonMercedes AMG1:30.904
Sıralanma turuBuludlu. QuruLyuis HəmiltonMercedes AMG1:29.243
Yarışda sürətli dövrəBuludlu. Qurumaqda olan trasNiko RosberqMercedes AMG1:35.548

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Britaniya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Avstriya Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
14 iyul1-ci sərbəst yürüşlər12:00
14 iyul2-ci sərbəst yürüşlər16:00
15 iyul3-cü sərbəst yürüşlər13:00
15 iyulSıralanma turu16:0015:50
16 iyulYarış16:0015:30

 

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli əvvəlcədən Britaniyaya ən sərt üçlüyü gətirməyi planlaşdırırdı. Lakin İspaniya Qran Prisindən sonra sürücülərin kəskin tənqidlərinə görə qərarını yenidən nəzərdən keçirmiş və Silverstouna orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcəyini elan etmişdi.

Mercedes AMG sürücülərinin seçimi bu dəfə də fərqli olub. Ferrari sürücüləri isə əsas rəqibləri ilə müqayisədə ən yumşaq tərkibə daha çox üstünlük veriblər. Sonda qeyd edək ki, Medium və Soft tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

SürücüKomandaMediumSoft SuperSoft
Lyuis HəmiltonMercedes AMG166
Valtteri BottasMercedes AMG256
Daniel RikkardoRed Bull148
Maks FerstappenRed Bull148
Sebastyan FettelFerrari139
Kimi RəykkönenFerrari139
Serxio PeresForce İndia247
Esteban OkonForce İndia247
Felipe MassaWilliams157
Ləns StrollWilliams157
Fernando AlonsoMcLaren1210
Stoffel VandornMcLaren1210
Karlos SaynsToro Rosso139
Daniil KvyatToro Rosso1210
Roman QrojanHaas247
Kevin MaqnussenHaas157
Niko HülkenberqRenault148
Colion PalmerRenault148
Markus ErikssonSauber157
Paskal VerlyaynSauber157

 

STATİSTİKA

Hazırkı pilotların Britaniya Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
L.Həmilton10137464
F.Alonso1596362
K.Rəykkönen1478151
S.Fettel976241
F.Massa1455
D.Rikkardo6311
V.Bottas5281
N.Hülkenberq718
S.Peres616
M.Ferstappen2151
D.Kvyat311
R.Qrojan58
K.Maqnussen26
K.Sayns25
P.Verlyayn1
M.Eriksson3
C.Palmer1
S,Vandorn
E.Okon
L.Stroll

 

Britaniya Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
10.07.2016SilverstounL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
05.07.2015SilverstounL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
06.07.2014SilverstounN.RosberqMercedes AMGL.HəmiltonMercedes AMG
30.06.2013SilverstounL.HəmiltonMercedes AMGN.RosberqMercedes AMG
08.07.2012SilverstounF.AlonsoFerrariM.UebberRed Bull
10.07.2011SilverstounM.UebberRed BullF.AlonsoFerrari
11.07.2010SilverstounS.FettelRed BullM.UebberRed Bull
21.06.2009SilverstounS.FettelRed BullS.FettelRed Bull
06.07.2008SilverstounH.KovalaynenMcLarenL.HəmiltonMcLaren
08.07.2007SilverstounL.HəmiltonMcLarenK.RəykkönenFerrari
11.07.2006SilverstounF.AlonsoRenaultF.AlonsoRenault
10.07.2005SilverstounF.AlonsoRenaultX.MantoyyaMcLaren
11.07.2004SilverstounK.RəykkönenMcLarenM.ŞumaxerFerrari
20.07.2003SilverstounR.BarrikelloFerrariR.BarrikelloFerrari
07.07.2002SilverstounX.MantoyaWilliamsM.ŞumaxerFerrari
15.07.2001SilverstounM.ŞumaxerFerrariM.HəkkinenMcLaren
23.04.2000SilverstounR.BarrikelloFerrariD.KulthardMcLaren
11.07.1999SilverstounM.HəkkinenMcLarenD.KulthardMcLaren
12.07.1998SilverstounM.HəkkinenMcLarenM.ŞumaxerFerrari
13.07.1997SilverstounJ.VilnövWilliamsJ.VilnövWilliams
14.07.1996SilverstounD.HillWilliamsJ.VilnövWilliams
16.07.1995SilverstounD.HillWilliamsC.HerbertBenetton
10.07.1994SilverstounD.HillWilliamsD.HillWilliams
11.07.1993SilverstounA.ProstWilliamsA.ProstWilliams
12.07.1992SilverstounN.MənsellWilliamsN.MənsellWilliams
14.07.1991SilverstounN.MənsellWilliamsN.MənsellWilliams
15.07.1990SilverstounN.MənsellFerrariA.ProstFerrari
16.07.1989SilverstounA.SennaMcLarenA.ProstMcLaren
10.07.1988SilverstounG.BergerFerrariA.SennaMcLaren
12.07.1987SilverstounN.PikeWilliamsN.MənsellWilliams

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 11. 219
Teqlər , ,
Paylaş

logo