13 Dekabr 2017, Çərşənbə - 15:16

Britaniya-2017: Sıralanma turu

Britaniya-2017: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

17:36 - 15 İyul, 2017

Silverstounda poul qazanmağın böyük əhəmiyyəti yoxdur, çünki son 20 ildə cəmi altı dəfə yarışa ən öndən başlayan sürücü qələbə qazanıb. Lakin əksər komandaların mərkəzləri məhz Britaniyada yerləşdiyindən, onlar öz azarkeşləri qarşısında yaxşı çıxış etmək istəyirlər. Həm də ön yerlərdən yarışa başlamaq qələbə uğrunda mübarizəyə imkan verir.

F-1.az xatırladır ki, trasın rekordu artıq məşqlərin ilk sessiyasında yenilənmişdi. Hər üç sərbəst yürüş sessiyasında Mercedes AMG sürücüləri protokollara başçılıq emtişdilər. Sıralanma turu başlayana qədər üç sürücünün startda yer itirəcəyi artıq məlum idi. BottasRikkardo ötürmələr qutusunun növbədənkənar dəyişdirilməsinə görə 5 yer, Alonso isə yeni güc qurğusuna keçdiyi üçün 30 yer itirməklə cəzalandırılmışdı. Dünənki məşqlər quru havada baş tutsa da, bu gün nahardan əvvəl keçirilən üçüncü məşq sessiyasının sonunda yağış yağmışdı.

Pirelli Britaniyaya orta üçlüyü gətirib. Sürücülər Medium təkərlərdən demək olar ki, üstünlük etməyiblər, Soft və SuperSoft tərkiblərə üstünlük veriblər.

Birinci sessiyada sürücülərin çoxu keçid təkərlərlə trasa çıxıblar. Sliklərlə nəticə göstərməyə çalışan sürücülər isə tras sulu olduğundan dərhal boksa qayıtmalı olublar. Sürücülər ardıcıl dövrələr vurmağa başlayıblar. Yağış bir qədər güclənib, sonra yenidən azalıb. Rikkardo turbin probleminə görə maşını asfaltdan kənara çəkərək saxlamalı olub. Sessiya qırmızı bayraqlarla dayandırılıb və restart 4 dəqiqə sonra verilib.

Trasın getdikcə quruması ilə nəticələr də sürətlə dəyişməyə başlayıb. Keçid təkərlərlə ən yaxşı nəticə Ferstappendən gəlib. Okon və Alonso SuperSoft-la trasa qayıdıblar. Fernando sürətli dövrəsinə sessiyanın son saniyəsində başlaya bilib və gözlənilmədən protokollara başçılıq edərək azarkeşlər tərəfindən alqışlanıb. Rikkardo ilə yanaşı mübarizəni dayandıran sürücülər Stroll, Maqnussen, Verlyayn və Eriksson olublar.

İkinci sessiyada Bottas sarı təkərlərlə trasa çıxıb. Belə görünür ki, finlandiyalı startda beş yer itirəcəyi üçün fərqli taktika seçib. Digər sürücülər isə SuperSoft təkərlərlə boksları tərk ediblər. Həmilton 1:27.893-lük nəticə ilə ən sürətli olub. Palmer, Kvyat, Alonso, Sayns və Massa mübarizəni dayandırıblar.

Son Sessiyada bütün sürücülər SuperSoft-la trasa çıxıblar. Lyuis ilk cəhdində hamını üstələyib – 1:27.231. İkinci cəhdlərdə isə Bottas elə ilk döngədəcə səhvə yol verib və poul uğrunda mübarizə şansını qaçırıb. Lyuis isə fantastik dövrə vuraraq həm trasın yeni rekordunu müəyyən edib, həm də poulun sahibi olub. Bu, britaniyalı sürücünün mövsümdə 6-cı, karyerasında isə 67-ci poulu olub. O, həm də Silverstounda beşinci dəfə sıralanma turunda hamını üstələyərək Cim Klarkın rekordunu təkrarlayıb.

Sabahkı yarışa Lyuisin yanından Rəykkönen başlayacaq. İkinci cərgədən start alacaq sürücülər isə Fettel və Ferstappendir. Onların arxasındakı yerləri isə Peres və Hülkenberq tutublar. Sıralanma turunda dördüncü nəticə göstərən Bottas yarışa 9-cu yerdən başlayacaq.

Britaniya Qran Prisi sabah Bakı vaxtı ilə 16:00-da baş tutacaq. Bizi Formula1-in “doğulduğu” trasda gərgin yarış gözləyir…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG31:39.0691011:27.89381:26.6007
27Kimi RəykkönenFerrari91:40.4551141:28.99281:27.1477
35Sebastyan FettelFerrari71:39.962931:28.97881:27.3567
477Valtteri BottasMercedes AMG51:39.6981021:28.73291:27.3767
533Maks FerstappenRed Bull21:38.912861:29.43191:28.1306
627Niko HülkenberqRenault41:39.201751:29.34081:28.8566
711Serxio PeresForce İndia141:42.0091181:29.82491:28.9026
831Esteban OkonForce İndia61:39.7381071:29.70191:29.0746
92Stoffel VandornMcLaren81:40.01110101:30.10581:29.4186
108Roman QrojanHaas151:42.0421191:29.96691:29.5496
1130Colion PalmerRenault111:41.40410111:30.1938
1226Daniil KvyatToro Rosso121:41.72610121:30.35510
1314Fernando AlonsoMcLaren11:37.5989131:30.6008
1455Karlos SaynsToro Rosso101:41.11410141:31.3685
1519Felipe MassaWilliams131:41.87411151:31.48210
1618Ləns StrollWilliams161:42.57311
1720Kevin MaqnussenHaas171:42.57711
1894Paskal VerlyaynSauber181:42.59310
199Markus ErikssonSauber191:42.63310
203Daniel RikkardoRed Bull201:42.9664

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 412
Teqlər , , , ,
Paylaş

logo