23 Oktyabr 2017, Bazar ertəsi - 10:07

Britaniya-2017: Günün sürücüsü – Daniel Rikkardo

Britaniya-2017: Günün sürücüsü – Daniel Rikkardo

Müəllif: Elçin Zodorov, redaktor

20:08 - 16 İyul, 2017

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarış ərzində çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışda 19-cu yerdən start almasına baxmayaraq, yekunda beşinci olan Daniel Rikkardo  “Günün Sürücüsü” seçilib. Red Bull-un avstraliyalı sürücüsü cari mövsümdə ilk dəfə bu ada layiq görülüb.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiSebastyan Fettel
Çin Qran PrisiMaks Ferstappen
Bəhreyn Qran PrisiSebastyan Fettel
Rusiya Qran PrisiValtteri Bottas
İspaniya Qran PrisiSebastyan Fettel
Monako Qran PrisiSebastyan Fettel
Kanada Qran PrisiSebastyan Fettel
Azərbaycan Qran PrisiLəns Stroll
Avstriya Qran PrisiValtteri Bottas
Britaniya Qran PrisiDaniel Rikkardo

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 406
Teqlər , , , ,
Paylaş

logo