Britaniya-2017: Birinci sərbəst yürüşlər

Sessiyanın əvvəlində gözlənildiyi kimi, gələn il tətbiq edilməsi planlaşdırılan Qalxan (Shield) sistemi Fettelin maşınına quraşdırılıb. Yeni sistemin sınağı çox qısa çəkib - alman sürücü bir dövrə vurduqdan sonra boksa qayıdıb və sistem maşından sökülüb.

F-1.az xəbər verir ki, əsas sürücülərdən Maqnussen sessiyada iştirak etməyib – onu bu il Sauber-lə ilk iki yarışda iştirak etmiş Antonio Covinatsi əvəzləyib. Massa Copse döngəsində porebriklərin üzərinə çıxıb və maşını zədələnib, Fettel isə Becketts döngəsində idarəetməni itirərək təhlükəsizlik zonasına çıxıb.

Komandaların əksəriyyəti Silverstouna yeniliklər gətiriblər və ilk sessiya əsasən onların yoxlanılmasına həsr olunub. Mercedes sürücüləri artıq ilk sessiyada keçənilki poul nəticəsini üstələyiblər.

Sessiyanın sonunda Kvyat problemlə üzləşib və boksa qayıdıb. Protokollara Bottas başçılıq edib – 1:29.106. Bu, Silverstoun trasının müasir konfiqurasiyası üçün rekord nəticədir. Ən böyük məsafəni isə Peres qət edib – 33 dövrə. Məşqlər Bakı vaxtı ilə 16:00-da davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:29.106 29
2 44 Lyuis Həmilton Mercedes AMG 1:29.184 + 0:00.078 29
3 33 Maks Ferstappen Red Bull 1:29.604 + 0:00.498 26
4 3 Daniel Rikkardo Red Bull 1:29.942 + 0:00.836 19
5 7 Kimi Rəykkönen Ferrari 1:30.137 + 0:01.031 19
6 5 Sebastyan Fettel Ferrari 1:30.517 + 0:01.411 19
7 26 Daniil Kvyat Toro Rosso 1:30.895 + 0:01.789 21
8 14 Fernando Alonso McLaren 1:30.993 + 0:01.887 19
9 19 Felipe Massa Williams 1:30.999 + 0:01.893 26
10 2 Stoffel Vandorn McLaren 1:31.041 + 0:01.935 26
11 55 Karlos Sayns Toro Rosso 1:31.200 + 0:02.094 23
12 31 Esteban Okon Force İndia 1:31.210 + 0:02.104 32
13 11 Serxio Peres Force İndia 1:31.297 + 0:02.191 33
14 8 Roman Qrojan Haas 1:31.610 + 0:02.504 24
15 18 Ləns Stroll Williams 1:31.684 + 0:02.578 24
16 50 Atonio Covinatsi Haas 1:32.031 + 0:02.925 24
17 27 Niko Hülkenberq Renault 1:32.171 + 0:03.065 19
18 30 Colion Palmer Renault 1:32.450 + 0:03.344 16
19 94 Paskal Verlyayn Sauber 1:33.029 + 0:03.923 22
20 9 Markus Eriksson Sauber 1:33.399 + 0:04.293 26
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*