16 Dekabr 2017, Şənbə - 03:19

Britaniya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Britaniya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:57 - 06 İyul, 2016

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Silverstoun trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, keçən illə müqayisədə təşkilatçılar 9-cu (Copse), 15-ci (Stowe) və 18-ci (Club) döngələrdə yeni süni ot sahəsi əlavə ediblər.

Əvvəlki illərdə olduğu kimi Wellington və Hangar düzlüklərində ötmə zonaları da qalıb.

Birinci halda maşınlar arasında intervalın ölçülmə nöqtəsi 3-cü (Village) döngəyə 25 metr qalmış, DRS-in aktivasiya nöqtəsi isə 5-ci (Aintree) döngədən 30 metr sonra yerləşir. İkinci DRS zonasının interval ölçülmə nöqtəsi 10-cu (Maggots) döngədə, aktivasiya nöqtəsi isə 14-cü (Chapel) döngədən 55 metr sonra yerləşir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 178
Teqlər , , , ,
Paylaş

logo