16 Dekabr 2017, Şənbə - 03:21

Britaniya-2016: Texniki analiz

Britaniya-2016: Texniki analiz

Müəllif: Afgan Haji, redaktor

13:31 - 12 İyul, 2016

Artıq Böyük Britaniya Qran Prisini də arxada qoymaqla Mercedes AMG komandasının nə qədər sürətli və əlçatmaz olduğunun bir daha şahidi olduq. 

F-1.az-da daim əsas yeniliklərlə tanış olmaq imkanınız var və mövsüm zamanı texniki yeniliklərin sürətli və çeşidli tətbiqi üzrə lider komandanın da elə Mercedes-in olduğunu görürsünüz. Hər bir yeniliyin tətbiqi üçün öncədən vaxt tələb olunur. Bura araşdırma, modelləşdirmə (CFD), aerodinamik boruda testlər və s. daxildir. Bu, onu göstərir ki, komanda çox güclü struktur qurub. Nəzərə alsaq ki, komandanın əsas gücü 2017-ci ilin bolidinin hazırlanmasına yönəlib, bu isə komandanın maksimal effektiv çalışmasının göstəricisidir.

 

Mercedes AMG

Silverstounda Mercedes-in bolidi bir çox dəyişikliklərə məruz qalmışdı. Yan pontonlardakı dəyişikliklər də diqqətdən qaçmadı (1).

Yan pontonlardakı dəyişikliklər
Yan pontonlarda və deflektordakı dəyişikliklər

 

Bu dəfə mühəndislər deflektorun yan şaquli elementlərinin sayını 6-dan 5-ə endirmişdilər. Həmçinin bu konstruksiyada süngülərdən birini ləğv etmişdilər.

Bunun nəticəsi olaraq mühəndislər bolidin gövdəsi ətrafında və altında hərəkət edən hava kütləsinə təsir edə biləcəklər (2).

Deflektorun yan şaquli elementləri
Bolidin arxa hissəsi

 

Komanda Avstriya Qran Prisindən sonra bolidin arxa hissəsindəki asılqanların gücləndirilməsini saxlamışdı (3). Silverstounda baş verə biləcək hər hansı bir hadisədən ehtiyatlanaraq belə bir qərar verilmişdi.

Gücləndirilmiş asılqanlar
Gücləndirilmiş asılqanlar

 

Ferrari və Red Bull-un əyləclərinin müqayisəsi

Hər iki komanda prinsipial olaraq fərqli həll variantı seçmişdilər (4). Uzun düzlüklərdə əyləc mexanizmləri çoxlu istilik itirə bilər, bu isə döngələrdə pilotun işini çətinə sala bilər. Komandalar əyləc sistemində istiliyin optimal dərəcədə saxlanılması üçün müxtəlif həll variantları seçmişdilər. Ferrari mühəndisləri 1200 dəlikli disk seçimi etmişdilər. Red Bull isə 800 dəlikli diskə üstünlük vermişdi.

Əyləclərin müqayisəsi
Əyləclərin müqayisəsi

Ferrari

Ferrari komandası Böyük Britaniya Qran Prisi üçün bir neçə yenilik hazırlamışdı.

Şassinin altında spiralvari formaya malik, hava kütləsinə tələb olunan formanı və əlavə enerjini vermək üçün tələb olunan iki əyilmiş pər yer almışdı (5).

Ferrarinin yeni pərləri
Ferrari-nin yeni pərləri

 

Şaquli üzgəc aşağı hissədə öz formasını dəyişir və hava kütləsini aşağı göndərmək üçün üfiqi bünövrə alır. Bu üzgəc splitterin yuxarı hissəsində yerləşən şaquli elementlə birgə işləyir.

Ferrari ön qanadının yan lövhələrinin arxa lövhəsi formasını dəyişmişdi – indi o, əvvəlki içəri əyilmiş düzxəttli profildən fərqli olaraq, hamar və qövsşəkilli cizgilərə malik idi (6).

Ferrari-nin ön qanadının yeni yan lövhələri
Ferrari-nin ön qanadının yeni yan lövhələri

 

McLaren

Honda mühərriyinin hansı səviyyədə olduğu məlumdur, ancaq McLaren ruhdan düşmür və mütəmadi yeniliklər hazırlamağa davam edir.

Komanda Silverstounda hava kütləsinin tənzimlənməsi üçün bolidin alt hissəsi və arxa əyləc kanalında yeniliklər etmişdi.

Arxa təkərin önündə 15 kəsikli variantı sınaqdan keçirdikdən sonra yarışda tətbiq etmək qərarına gəlmişdilər (7). Bu həll diffuzorun effektivliyini artıracaq və arxa təkərin fırlanması nəticəsində əmələ gələn qasırğalı havanı tənzimləyəcək.

Arxa təkərin önündəki 15 dəlik
Arxa təkərin önündəki 15 kəsik

 

Diqqəti cəlb edən daha bir yenilik təkər ətrafındakı hava axınını dəyişmək üçün əyləcin hava kanalının ətrafında yerləşdirilən xırda qanadcıqlar idi (8).

Əyləcin hava kanalı ətrafındakı xırda qanadcıqlar
Əyləcin hava kanalı ətrafındakı xırda qanadcıqlar

 

Həmçinin görürük ki, şaquli element qısadır, amma təkərdən bir az aralı yerləşdirilib. Beləliklə, hava kanalına hava kütləsi daha asanlıqla daxil olur.


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Giorgio Piola, Matt Somerfild
Baxış Sayı 500
Teqlər , , , , , ,
Paylaş

logo