25 Sentyabr 2018, Çərşənbə axşamı - 03:20

Bridgestone Formula1-ə qayıtmağı planlaşdırmır

Bridgestone Formula1-ə qayıtmağı planlaşdırmır

Müəllif: Elçin Zodorov, redaktor

10:13 - 29 Mart, 2017

2010-cu ilə qədər Formula1-də təkər təchizatçısı olan Bridgestone hazırda idman tədbirlərinə, o cümlədən Olimpiya oyunlarına sponsorluq edir. Lakin Yaponiya təkər istehsalçısı Formula1-ə qayıtmaq barədə düşünmür.

F-1.az xəbər verir ki, şirkətin Avropa bölməsinin rəhbəri Robin Şo bu barədə danışıb: “Biz hazırda vaxtımızı və resurslarımızı Olimpiya oyunlarına sərf edirik, buna görə də mən yaxın gələcəkdə Formula1-ə qayıdacağımızı düşünmürəm. Həm də bizim yüksək keyfiyyətli və dözümlü təkərlərimizin Formula1-i maraqlandırdığını görmürəm. Onlar resursu tez bitən təkərlər tələb edirlər.

Mən Formula1 azarkeşiyəm, lakin çox şadam ki, biz Formula1-ə yox, Olimpiya oyunlarına sərmayə qoyuruq. Biz çalışırıq ki, məhsullarımız keyfiyyətli və uzunömürlü olsun, amma istehlakçı üçün təkərlərin hamısı qara, yumru və rezindir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 709
Teqlər ,
Paylaş

logo