Bridgestone Çində: Soft və Hard

Dünya çempionatının Şanxayda dördüncü mərhələsinə Bridgestone Hard və Soft təkərlərini gətirəcək. İki düz uzun yoldan və 16 döngədən ibarət olan […]

Dünya çempionatının Şanxayda dördüncü mərhələsinə Bridgestone Hard və Soft təkərlərini gətirəcək. İki düz uzun yoldan və 16 döngədən ibarət olan bu trasda təkərlər ciddi yüklənmələrə məruz qalırlar, intensiv əylənmələr, istisna yan yüklənmələri və sürətlənmə zamanı asfaltla ilişməyə yüksək tələbat – bu faktorlar təkərlərin işinə ciddi təsir edəcək.

Hirohide Hamaşima: “Şanxay Beynəlxalq Avtodromu təkərlərə qarşı amansızdır. Bu trasda təkərlərə yan yüklənmələr də çoxdur və biz gözləyirik ki, qabaq təkərlər dənlə örtüləcək, xüsusən dəyişən radiuslu ikinci döngədə, həmçinin 13-cü döngədə. Bəlkə bu döngələrdə arxa təkərlər də dənlə örtüldü.

Biz keçən ildən fərqli olaraq bu dəfə Çinə bərk tərkibləri gətirəcəyik, çünki bu dəfə startda maşınlar iki dəfə ağır olacaq. Trasın konfiqurasiyasına görə komandalar şassini safalta yatma qüvvəsinin orta səviyyəsinə sazlayacaqıar, çünki bu trasda iki uzun yol var.

Komandalar qarşısında çətin vəzifə durur: düzgün sazlanmalar tapmaq lazımdır ki, sürücülər təkərləri qoruya bilsinlər və onlardan maksimum effektiv istifadə edə bilsinlər. Keçən il hadisələrin gedişinə hava şəraiti müdaxilə etmişdi, yağış təkəri yaxşı işləmişdi. Çinda yağış adi haldır, ona görə bu dəfə də komandalar bu faktora diqqət etməli olacaqlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*