Bridgestone Braziliyada: Medium və SuperSoft

Bridgestone şirkəti Braziliyada komandalara Medium və SuperSoft təkərlərini təqdim edəcək, komandalar bu cür təkər cütlüyündən artıq Avstraliyada, Çində, Bəhreyndə və […]

Bridgestone şirkəti Braziliyada komandalara Medium və SuperSoft təkərlərini təqdim edəcək, komandalar bu cür təkər cütlüyündən artıq Avstraliyada, Çində, Bəhreyndə və Almaniyada istifadə ediblər…

Hirohide Hamaşima: “İnterlaqos mürəkkəb və çox maraqlı trasdır. İlk döngə uzun düz yolun sonundadır, həm də tras bu yerdə enişə gedir, ona görə də düzgün əylənmə nöqtəsini tapmaq heç də asan deyil. Çox güman ki, biz ötmələr də görəcəyik, əylənmədə səhvlərin də şahidi olacayıq – təkərlər bolka salındığı üçün zədələnmələr də ola bilər.

Uik-endin əvvəlində asfalt örtüyü çox çirkli olur, amma sonra onun vəziyyəti yaxşılaşır. Hava sürprizləri keçən ol olduğu kimi vəziyyəti çətinləşdirə bilər. İnterlaqosda təkərlərin trası tutması çox vacibdir. Medium və SuperSoft tərkibləri bərkliyinə görə əkəskin fərqlənirlər, ona görə də komandalar hər iki tərkib üçün optimal sazlanmalar tapmağa çalışmalıdırlar.

Ənənəvi olaraq, bu trasda təkərlər dənlənir – amma biz gözləyirik ki, bu faktorun təsiri azalacaq, çünki sliklər novçalı təkərlərə nisbətən dənlənməyə daha güclü müqavimət göstərirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*