24 Noyabr 2017, Cümə - 11:45

Bridgestone Bəhreyndə: SuperSoft və Medium

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:41 - 22 Aprel, 2009

Bridgestone şirkəti Bəhreyndə komandalara yenə də yumşaq təkər cütünü – SuperSofdt və Medium tərkiblərini təklif edəcək… Hirohide Hamaşima: “Bəhreyn trası […]

Bridgestone şirkəti Bəhreyndə komandalara yenə də yumşaq təkər cütünü – SuperSofdt və Medium tərkiblərini təklif edəcək…

Hirohide Hamaşima: “Bəhreyn trası texniki nöqteyi nəzərdən çox maraqlıdır – çoxsaylı yavaş döngələrdə sürücülər tez-tez əvvəl əyləci, sonra isə qazı basmalı olurlar, ona görə də uğur qazanmağın yolu – maşının yaxşı çəkicilik qabiliyyətidir, əgər bu optimal olmasa, təkər qızmağa başlayır. Bu trasda sərt əylənmələr az deyil, KERS qoyulmuş maşınlar isə bir qədər başqa cür əylənirlər – bunun dövrənin keçilməsində təsirini öyrənmək lazım gələcək.

İsti hava şəraitində təkərləri qızmasından qorunmaq lazımdır. Bəhreynə biz Medium və SuperSoft tərkiblərini gətirəcəyik, Medium tərkibinin resursu şübhə doğurmur, ikinci tərkiblə isə çətin olacaq, amma mövsümöncəsi testlərin nəticələrinə baxsaq, düzgün sazlanmalar vəziyyəti yüngülləşdirə bilər…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 61
Teqlər
Paylaş

logo