14 Dekabr 2018, Cümə - 11:48

Brəbhəmlər ailəsi məhkəməni qazanıb

Brəbhəmlər ailəsi məhkəməni qazanıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:28 - 10 Yanvar, 2013

Keçən ilin sonunda biz yazmışdıq ki, mübahisəli məsələləri həll etdikdən sonra əfsanəvi Brabham soyadı Formula1-ə qayıda bilər. Bu gün məlum […]

Keçən ilin sonunda biz yazmışdıq ki, mübahisəli məsələləri həll etdikdən sonra əfsanəvi Brabham soyadı Formula1-ə qayıda bilər. Bu gün məlum olub ki, Brəbhəmlər ailəsi Almaniya Məhkəməsinin ali instansiyasında biznesmen Mixael Trikə qarşı mübahisəni qazanıb. Trik Brabham Racing markalı yol maşınlarının alveri ilə məşğul olurdu.

Dəvid Brəbhəm: “Mən şadam ki, nəhayət, məsələni həll edə bildik. Bu, uzun və yorucu proses idi, amma biz Brabham adını qorumalıydıq. Bu, qlobal brenddir, onun arxasında uğur, innovasiyalar və 60 illik yarış irsi durur – brendi mütləq qorumalıydıq. Qəbul olunmuş məhkəmə qərarı yalnız gələcək planlar qurmağa deyil, həm də Brəbhəmlər ailəsinin üçüncü nəsil sürücülərini də qorumağa imkan verəcək – Səm və Mətyu artıq öz karyeralarını qururlar.”

Xatırladaq ki, 2009-cu ildə Brəbhəmlər ailəsi Formtech şirkətinin təsisçisi Frants Hilmeri də məhkəməyə vermişdi – o zaman Frants çempionata Brabham Grand Prix komandası ilə gəlmək istəyirdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 282
Teqlər , , , , ,
Paylaş

logo