Braziliyalı jurnalist çətin vəziyyətə düşüb

Bəhreyndə vəziyyətin normaldan uzaq olmasına dəlillərin sayı durmadan artır. Braziliyalı radiojurnalist Luis Ramos dünən axşam iştirakçısı olduğu vəziyyətdən danışıb… Ramos […]

Bəhreyndə vəziyyətin normaldan uzaq olmasına dəlillərin sayı durmadan artır. Braziliyalı radiojurnalist Luis Ramos dünən axşam iştirakçısı olduğu vəziyyətdən danışıb…

Ramos trasdan qayıdırmış, maşında tək olub və təxminən avtodromdan 10 km uzaqlıqda görb ki, avtostradada tıxac əmələ gəlib: “Gözlənilmədən hərəkət yavaşıdı, bir azdan tamamilə dayandı. Sağ tərəfdə çoxlu polis maşınları var idi.

Sonra mən partlayış eşitdim: yol ayrıcında dayanmış hansısa polis gözyaşardıcı qaz mərmisi atırdı. Qaranlıq idi, mən heç nə görmürdüm. Sonra silahlanmış polislər yolu kəsərək hamını yoxlamağa başladılar. Bir az aralıda nəsə yanırdı, amma alov elə də güclü deyildi və heç kimə təsir etmirdi. Yol açıq idi, keçmək olardı.

Problemin nə olduğunu başa düşmək çətin idi. Amma avtostradada aşkar nəsə baş vermişdi. Mənə hansısa təhlükənin olmasını hiss etmirdim, amma hər şey qeyri-adi görünürdü.”

Müxalifət qüvvələrinin təhlükəsi günbəgün artır, yarış uik-endi günlərində isə nümayişlər gözlənilir, təhlükəsizlik qüvvələrinin avtodrom ətrafında gücləndirilməsi hiss olunur. Almaniyanın Motorsport-Total avtodromu hətta qalaya bənzədib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*