Braziliya Qran Prisi: Pirelli – Soft və Medium

Braziliya yarışı ərəfəsində cümə günü sərbəst yürüşlərində komandalar gələn mövsüm üçün nəzərdə tutulmuş bərk təkərləri sınayacaqlar. Yeni təkərlər 2011-ci ildə […]

Braziliya yarışı ərəfəsində cümə günü sərbəst yürüşlərində komandalar gələn mövsüm üçün nəzərdə tutulmuş bərk təkərləri sınayacaqlar. Yeni təkərlər 2011-ci ildə istifadə olunmuş Hard təkərlərindən nisbətən yumşaqdırlar.

Yarışın gedişində isə Soft və Medium təkərləri tətbiq olunacaq, amma yumşaq təkərlər gələn mövsüm üçün nəzərdə tutulub və keçən həftə Abu Dabidə gənc sürücülərin testlərində yoxlanılıb.

Pol Hembri, Pirelli Motosport: “2012-ci ilə hazırlıq tam qrafiklə gedir, ona görə də Braziliyada sürücülərdən yeni tərkiblər barədə məlumat toplamaq bizə vacibdir.

Soft tərkibi barədə keçən həftə gənc sürücülərin testlərində məlumat topplamışıq, indi bu məlumatları real yarışda toplanmış məlumatlarla müqayisə etməliyik. Həm də təkərlərin adlarına elə də fikir verməyin: bu il Soft kimi tanıdığımız təkərlər gələn il Medium kimi istifadə oluna bilər.

Mövsümün ikinci yarısında məlum oldu ki, komandalar təkərlərin xarakteristikasını tam öyrəniblər və yarışda, yaxıd da sıralanma turunda onların effektliyindən tam istifadə edirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*