Braziliya Qran Prisi: Pirelli – Hard və Medium

Pirelli şirkəti Braziliya Qran Prisinə Hard və Medium tərkiblərini gətirəcək – eyni təkər cütlüyündən bir həftə əvvəl Ostində də istifadə […]

Pirelli şirkəti Braziliya Qran Prisinə Hard və Medium tərkiblərini gətirəcək – eyni təkər cütlüyündən bir həftə əvvəl Ostində də istifadə olunmuşdu. Bu təkərlər yanaşı cümə günü komandalar 2013-cü il üçün nəzərdə tutulmuş təkərlərlə də işləyə biləcəklər…

Pol Hembri, Pirelli Motosport: “Biz Braziliyaya 2013-cü il üçün nəzərdə tutulmuş təkər nümunələrini də gətirəcəyəik ki, komandala cümə sərbəst yürüşlərində onları yoxlasınlar. Fevral ayına qədər testlər olmayacaq, ona görə də komandaların bizim yeni təkərləri yoxlamaq və qiymətləndirmək imkanı olacaq. Ümid edirəm ki, cümə günü yağış yağmyacaq!

Yeni təkərlərin tərkib və strukturu builkindən tam fərqlidir, yeni təkərlərin xarakteristikası da dəyişəcək – onlar daha geniş işçi diapazona malik olacaq, bəzi tərkiblər isə daha aqresiv olacaq.

Biz hələ son variantları seçməmişik, ona görə də biz Braziliyaya prototipləri gətirəcəyik və onlara konkret tərkib adı hələ verməmişik. Amma yeni təkərlər bizim fəlsəfəmizi əks etdirirlər. Biz komandaların yeni təkərlər barədə fikirlərini səbirsizliklə gözləyirik.

Əlbəttə, yarışa biz hələ köhnə təkərləri verəcəyik, artıq komandalar və sürücülər bu təkərlərə kifayət qədər öyrəşiblər. Braziliya yarışı təkərə qarşı ciddi tələblər irəli sürür və bizi çox maraqlı yarış gözləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*