Braziliya Qran Prisi: Maşınların çəkisi

FİA Braziliya Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına […]

FİA Braziliya Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az yanacaqla poul qazanmış Rubens Barrikello (Brawn GP) çıxıbmış – braziliyalı sürücü aqresiv strategiya seçib və trasda qısa birinci hissə keçirəcək, peletondan pit-stopa ilk müraciət edən o olacaq. Williams-ın sürücüsü Kazuki Nakacima ilk onluqda ən ağır maşınla olub və yanacaq doldurmağa sonuncu yollanacaq. Əlbəttə, komandaların taktikasına hava şəraiti və Təhlükəsizlik Maşını müdaxilə edə bilər.

Startda ən ağır maşınlar isə Sebastyan Fetteldə və Cankarlo Fizikellada olacaq…

Maşınların yanacaqla dolu çəkiləri, kq-la (ehtimal olunan ilk pit-stop dövrəsi):
1. R.Barrikello(Brawn GP) – 650.5 ()
2. M.Uebber (Red Bull) – 656.0 ()
3. A.Sutil (Force İndia) – 656.5 ()
4. Y.Trulli (Toyota) – 658.5 ()
5. K.Rəykkönen (Ferrari) – 651.5 ()
6. S.Buemi (Toro Rosso) – 659.0 ()
7. N.Rosberq (Williams) – 657.0 ()
8. R.Kubitsa (BMW Sauber) – 656.0 ()
9. K.Nakacima (Williams) – 664.0 ()
10. F.Alonso (Renault) – 652.0 ()
11. K.Kobayaşi (Toyota) – 671.5 ()
12. X.Algersuari (Toro Rosso) – 671.5 ()
13. R.Qrojan (Renault) – 677.2 ()
14. C.Batton (Brawn GP) – 672.0 ()
15. V.Liutsi (Force İndia) – 680.0 ()
16. S.Fettel (Red Bull) – 683.5 ()
17. H.Kovalaynen (McLaren) – 656.5 ()
18. L.Həmilton (McLaren) – 661.0 ()
19. N.Haydfeld (BMW Sauber) – 650.5 ()
20. C.Fizikella (Ferrari) – 683.5 ()

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*