19 Noyabr 2017, Bazar - 14:23

Braziliya Qran Prisi 2021-ci ildə San Pauluda keçirilməyəcək?

Braziliya Qran Prisi 2021-ci ildə San Pauluda keçirilməyəcək?

Müəllif: Elçin Zodorov, redaktor

14:18 - 27 İyun, 2017

Biz dəfələrlə Braziliya Qran Prisinin vəziyyəti barədə danışmışıq. Yerli hakimiyyət maliyyə dəstəyi göstərməyə hazır deyil və ümid edilir ki, avtodromun sahibi dəyişəcək.

F-1.az xəbər verir ki, San Pauluda yarışın keçirilməsinə cavabdeh olan macar əsilli braziliyalı biznesmen Tamaş Rohonyi İnterlaqosun 2020-ci ilə qədər yarışı qəbul edəcəyinə cavabdehdir. Daha sonra isə milli yarış başqa şəhərdə keçirilə bilər.

Tamaş Rohonyi bu barədə UOL Esporte-yə danışıb: “Hazırda müqavilədə heç bir dəyişiklik nəzərdə tutulmayıb. 2020-ci ildən sonrakı vəziyyət isə trasın yeni sahibləri ilə bağlı olacaq. Mən hesab edirəm ki, şəhərin meri bu trası itirməyin ölkədə idmanın sonu olacağını başa düşür.

Rio de Janeyro şəhərinin rəhbərliyi son 20 ildə dəfələrlə yarışın öz şəhərlərinə qayıtmasının mümkünlüyünü soruşublar. Lakin indiyə qədər müqavilə elə bağlanmışdı ki, bunu müzakirə etmək mümkün deyildi. Əgər başqa variant qalmasa və onların marağı davam edərsə, danışıqlar aparacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 054
Teqlər , ,
Paylaş

logo