Braziliya-2018: Həftəsonuna hava proqnozu

San Pauluda həftəsonu üçün son hava proqnozu dəyişkən hava vəd edir - yağıntı ehtimalı da yüksəkdir.

F-1.az avtodromun saytına istinadən xəbər verir ki, cümə günü buludlu keçəcək, temperatur maksimum +22 dərəcəyə yüksələcək, nahardan sonra yağış yağması ehtimalı olduqca yüksəkdir – 80%.

Şənbə günü səhər səmanın üzü açılacaq, termometrlər +25 dərəcə istilik qeydə alacaqlar, amma nahardan sonra yenə də yağış yağması gözlənilir – düzdür, bu dəfə yağıntı ehtimalı 50% təşkil edir.

Bazar günü hava bir qədər də qızacaq və 27 dərəcə hərarət gözlənilir, amma axşama doğru yüksək ehtimalla yenə yağış yağacaq.

Bir daha xatırladaq ki, keçən il İnterlaqosda bütün sessiyalar quru trasda baş tutmuşdular.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*