19 Noyabr 2017, Bazar - 08:41

Braziliya-2017: Yarış

Braziliya-2017: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

22:09 - 12 Noyabr, 2017

Artıq Mühəndislər Kubokunun və sürücülər çempionatının qalibləri bəllidir – Mercedes komandası və Lyuis Həmilton Braziliyaya dünya çempionu statusunda gəliblər. Lakin Sebastyan Fettel və Valtteri Bottas arasındakı ikinci yer uğrunda mübarizə başa çatmayıb. Alman sürücü İnterlaqosdakı yarışa Valtteridən 15 xal öndə çıxıb və vitse-çempionluğu vaxtından əvvəl elan etmək şansı olub.

İnterlaqosda hava proqnozları özünü doğrultmayıb – cümə və şənbə günlərinə yağış yağacağı bildirilsə də, sessiyalar quru asfaltda baş tutub. Hər üç sərbəst yürüşlərdə Mercedes sürücüləri üstün olublar.

F-1.az xatırladır ki, beş sürücü startda yer itirib – güc qurğusundakı dəyişikliklərə görə Qasli 25, Hartli və Rikkardo 10, ötürmələr qutusu dəyişdirildiyi üçün Eriksson və Stroll 5 yer itirməklə cəzalandırılıblar. Sıralanma turunun əvvəlində qəza edən Həmiltonun insidenti ilə bağlı heç bir səbəb göstərilməyib və britaniyalı sürücü qəzanın öz günahı üzündən olduğunu bildirib. Lyuis stüardlar tərəfindən starta buraxılıb.

Pirelli bura orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri gətirib. Medium təkərlərdən həftəsonu ərzində demək olar ki, istifadə olunmayıb.

Yarışa karyerasında üçüncü poulu qazanan Bottas ilk yerdən başlayıb. Onunla yanaşı ilk cərgədən əsas rəqibi Fettel start alıb. İkinci cərgədən yarışa başlayan sürücülər Rəykkönen və Ferstappen olublar. Alonso və Okon isə bir cərgə arxadan onları izləyiblər. Rikkardo, Eriksson, Qasli və yarışa pit-leyndən start alan Həmilton Soft, qalan sürücülər isə SuperSoft təkərlərlə başlayıblar.

Startda Fettel Bottası ötüb və liderliyə yüksəlib. Orta qrupda qəzalar olub – Maqnussen Vandornla mübarizədə onun maşınını zədələyib, həmin qəzadan Rikkardo da “nəsibini alıb”. Təhlükəsizlik Maşını (TM) trasa çıxıb və ilk sektordakı qırıntıların yığışdırılması üçün sürücülərə pit-leyndən keçmək göstərişi verilib. TM rejimində Okon və Qrojanın maşınları toqquşub, yarışın gedişində stüardlar Qrojana 10 saniyəlik cəza veriblər. Maqnussen, Vandorn və Okon mübarizəni dayandırıblar – Okon ardıcıl 26 yarışdan sonra ilk dəfə finiş görə bilməyib. TM arxasında ilk onluq: Fettel – Bottas – Rəykkönen – Ferstappen – Alonso – Massa – Peres – Hülkenberq – Sayns – Qasli.

6-cı dövrədə yarışa restart verilib. Fettel liderliyini qoruyub, Massa Alonsonu keçib. Həmilton da Hartli və Strollun arxasında çox vaxt itirməyib. İki dövrə sonra Erikssonu, 9-cu dövrə də də Qaslini üstələyən dördqat çempion artıq onuncu yerə çatıb. Rikkardo da Verlyayn və Hartlidən canını tez qurtarıb.

Həmilton Saynsı da ötüb, Fettel isə Bottasla fərqi 2 saniyəyə çatdıraraq mövqeyini möhkəmləndirib. Daha sonra Rikkardo Qaslini, Həmilton isə Peresi keçib. 15-ci dövrədə ilk onluq: Fettel – Bottas – Rəykkönen – Ferstappen – Massa – Alonso – Həmilton – Peres – Hülkenberq – Rikkardo.

Həmilton fasilə verməyib və Alonso ilə Massanı da geridə qoyub. 28-ci dövrədən etibarən pit-stop dalğası başlayıb – ilk olaraq Bottas və Massa təkərlərini dəyişiblər, onları Fettel, Ferstappen, Hartli və Alonso izləyib. Fettel trasa Bottasın düz qarşısında qayıdıb. 30-cu dövrədə Rəykkönen, 31-ci dövrədə Hülkenberq, 32-ci dövrədə isə Sayns pit yoluna üz tutublar.

Hələ pit-stop etməyən Rikkardo komandanın xahişi ilə yeni təkərlərlə sürətli olan Ferstappenə yol verib. Peres də təkərlərini dəyişib, 40-cı dövrədə Hülkenberq Qaslini keçərək 10-cu yerə yüksəlib. Hartli 42-ci dövrədə mübarizəni dayandırıb. 44-cü dövrədə yarışa Soft təkərlərlə başlayan Həmilton və Rikkardo SuperSoft təkərlərə keçiblər. Avstraliyalı sürücü yeddincilik uğrunda mübarizədə Alonsonu üstələyib. 45-ci dövrədə ilk onluq: Fettel – Bottas – Rəykkönen – Ferstappen – Həmilton – Massa – Rikkardo – Alonso – Peres – Hülkenberq.

Rikkardo Massanı da ötərək altıncı yerə yüksəlib. Qırmızı təkərlərlə sürətli olan Həmilton Ferstappenlə fərqi sürətlə bağlayıb, lakin dövrəvi sürücü olan Strollun arxasında xelyi vaxt itirib. Lyuis nəhayət, 59-cu dəqiqədə Maksı da geridə qoyub və Rəykköneni izləməyə başlayıb. 61-ci dövrədə ilk onluq: Fettel – Bottas – Rəykkönen – Həmilton – Ferstappen – Rikkardo – Massa – Alonso – Peres – Hülkenberq.

63-cü dövrədə Ferstappen təkərlərdəki problemlərə görə yenidən pit-stop etməli olub və yer itirmədən trasa qayıdıb. Bir qədər sonra isə sürətli dövrəni vuraraq trasın yeni rekordunu müəyyən edib – 1:11.044.

Həmilton son döngələrə qədər Rəykköneni keçməyə cəhd etsə də, buna nail ola bilməyib. Fettel mövsümdə beşinci, karyerasında 47-ci qələbəsini qazanıb. Bottasla xal fərqini 22-ə çatdırıb və çempionatda ikinci yeri demək olar ki, təmin edib. Bottas finiş xəttini ikinci keçib.

Podiuma mükafatlandırma mərasimindən sonra burada son yarışını keçirən və Əbu Dabidə karyerasını bitirəcəyini açıqlayan Massa çıxıb və Rubens Barrikellonun suallarına cavab verib.

Mövsüm iki həftə sonra Əbu Dabidə başa çatacaq…

YerNSürücüKomandaZaman/FərqPit
15Sebastyan FettelFerrari1:31:26.2624
277Valtteri BottasMercedes AMG+ 0:02.7624
37Kimi RəykkönenFerrari+ 0:04.6004
444Lyuis HəmiltonMercedes AMG+ 0:05.4684
533Maks FerstappenRed Bull+ 0:32.9405
63Daniel RikkardoRed Bull+ 0:48.6914
719Felipe MassaWilliams+ 1:08.8824
814Fernando AlonsoMcLaren+ 1:09.3634
911Serxio PeresForce İndia+ 1:09.5004
1027Niko HülkenberqRenault+ 1 dövrə4
1155Karlos SaynsRenault+ 1 dövrə4
1210Pyer QasliToro Rosso+ 1 dövrə4
139Markus ErikssonSauber+ 1 dövrə4
1494Paskal VerlyaynSauber+ 1 dövrə3
158Roman QrojanHaas+ 2 dövrə4
1618Ləns StrollWilliams+ 2 dövrə5

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:11.044 (63-cü dövrə, 218.349 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Brendon HartliToro Rosso41güc qurğusu
Stoffel VandornMcLaren1qəza
Kevin MaqnussenHaas1qəza
Esteban OkonForce İndia1qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas F1 Team345
25Sebastyan FettelScuderia Ferrari302
377Valtteri BottasMercedes AMG Petronas F1 Team280
43Daniel RikkardoRed Bull Racing200
57Kimi RəykkönenScuderia Ferrari193
633Maks FerstappenRed Bull Racing158
711Serxio PeresSahara Force İndia F1 Team94
831Esteban OkonSahara Force İndia F1 Team83
911Karlos SaynsRenault Sport Formula 1 Team54
1019Felipe MassaWilliams Martini Racing42
1118Ləns StrollWilliams Martini Racing40
1227Niko HülkenberqRenault Sport Formula 1 Team35
138Roman QrojanHaas F1 Team28
1420Kevin MaqnussenHaas F1 Team19
1514Fernando AlonsoMcLaren Honda Formula 1 Team15
162Stoffel VandornMcLaren Honda Formula 1 Team13
1730Colion PalmerRenault Sport Formula 1 Team8
1894Paskal VerlyaynSauber F1 Team5
1926Daniil KvyatScuderia Toro Rosso5

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas F1 TeamMercedes625
2Scuderia FerrariFerrari495
3Red Bull RacingTAG Heuer358
4Sahara Force İndia F1 TeamMercedes177
5Williams Martini RacingMercedes82
6Scuderia Toro RossoRenault53
7Renault Sport Formula 1 TeamRenault49
8Haas F1 TeamFerrari47
9McLaren Honda Formula 1 TeamHonda28
10Sauber F1 TeamFerrari5

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 470
Teqlər , , , , , , , , ,
Paylaş

logo