20 Noyabr 2017, Bazar ertəsi - 06:11

Braziliya-2017: Sıralanma turu

Braziliya-2017: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

21:18 - 11 Noyabr, 2017

Bir il əvvəl olduğu kimi, isti cümə günündən sonra şənbə günü hava kəskin soyuyub, buna görə də komandalar sazlanmalarda dəyişikliklər etməyə məcbur olublar. Proqnozlar cümə və şənbə gününə yağıntı vəd etsə də, hər üç məşq sessiyası quru trasda baş tutub. Cümə günü hər iki sessiyada Həmilton, bu gün isə Bottas hamını üstələyib.

Pirelli bura orta üçlüyü gətirib. Medium təkərlərdən hər sürücü cəmi bir dəst sifariş edib, Soft və SuperSoft təkərlərdən daha çox istifadə edilib.

F-1.az bildirir ki, İnterlaqosda ötmələr o qədər də asan deyil. Belə ki, son dörd ildə poulun sahibi yarışda qələbə qazanıb. Səhər baş tutan məşqlərdə Mercedes AMG və Ferrari-nin dörd sürücüsü arasında zaman fərqinin cəmi 0.06 saniyə olması gərgin mübarizə olacağından xəbər verirdi.

Sıralanma turundan əvvəl Qasli, Hartli və Rikkardonun startda yer itirəcəyi məlum idi. Strollun maşınında da ötürmələr qutusu məcburi dəyişdirilib. Lakin mexaniklər maşını sessiyanın əvvəlinə hazır edə bilməyiblər.

Birinci sessiyaya Ferrari sürücüləri Soft, digər sürücülər isə SuperSoft təkərlərlə başlayıblar. Həmilton elə ilk dövrəsində altıncı döngədə idarəetməni itirərək trasdan çıxıb və bariyerlərə çırpılıb. Zərbə çox güclü alınıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Lyuis maşını sərbəst tərk edib və boksa tibb maşınında qayıdıb. Tibbi mərkəzdə baxış zamanı onda heç bir zədə aşkar edilməyib. Fasilə 10 dəqiqə davam edib və bu da Strollun maşını üzərində aparılan işlərin tamamlanmasına imkan yaradıb.

Rəykkönen protokollara başçılıq edib – 1:09.405. Həmiltonla yanaşı, mübarizəni dayandıran digər sürücülər Verlyayn, Qasli, Eriksson və Stroll olublar.

İkinci sessiyada startda yer itirəcəyi məlum olan Rikkardo Soft təkərlərlə trasa çıxıb. Yağış damcılamağa başlayıb, sürücülər dövrələrini başa vurmaq üçün tələsiblər. Bottas ilk cəhddə 1:08.901-lik nəticə göstərib. Trasın vəziyyəti dəyişməyib. Fettel hamıdan sürətli olsa da, Bottas yenidən onu üstələyib və protokollara başçılıq edib – 1:08.494. Okon, Qrojan, Vandorn, Maqnussen və Hartli mübarizəni dayandırıblar.

Finalda Fettel ilk cəhdində çox sürətli olub – 1:08.360. Bottas ona cüzi fərqlə uduzub. Lakin ikinci cəhdlərdə Fettel nəticəsini yaxşılaşdıra bilməsə də, Bottas trasın yeni mütləq rekordunu müəyyən edərək poulun sahibi olub – 1:08.322. Bu, finlandiyalı sürücünün cari mövsümdə və karyerasında üçüncü pouludur.

Çempion artıq bəllidir, lakin Fettel və Bottas ikincilik uğrunda mübarizə aparır. Sabah bu iki sürücü yarışa ilk cərgədən başlayacaq. Onların arxasından Rəykkönen və Ferstappen, üçüncü cərgədən isə Peres və Alonso start alacaq…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
177Valtteri BottasMercedes AMG21:09.4521021:08.63861:08.3226
25Sebastyan FettelFerrari31:09.643911:08.49461:08.3606
37Kimi RəykkönenFerrari11:09.405641:09.11661:08.5386
433Maks FerstappenRed Bull51:09.820631:09.05061:08.9256
53Daniel RikkardoRed Bull61:09.828651:09.53371:09.3306
611Serxio PeresForce İndia81:10.145791:09.76081:09.5986
714Fernando AlonsoMcLaren111:10.172561:09.59361:09.6176
827Niko HülkenberqRenault71:10.078981:09.72661:09.7036
955Karlos SaynsRenault121:10.2275101:09.76861:09.8056
1019Felipe MassaWilliams41:09.789871:09.61231:09.8415
1131Eseban OkonForce İndia101:10.1687111:09.83010
128Roman QrojanHaas91:10.1488121:09.8798
132Stoffel VandornMcLaren131:10.2869131:10.1166
1420Kevin MaqnussenHaas141:10.52110141:10.1548
1528Brendon HartliToro Rosso151:10.62510155
1694Paskal VerlyaynSauber161:10.67812
1710Pyer QasliToro Rosso171:10.68610
189Markus ErikssonSauber181:10.7768
1918Ləns StrollWilliams191:10.87512
2044Lyuis HəmiltonMercedes AMG202

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 872
Teqlər , , , , , , , , ,
Paylaş

logo