19 Noyabr 2017, Bazar - 01:27

Braziliya-2017: İkinci sərbəst yürüşlər

Braziliya-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

21:38 - 10 Noyabr, 2017

İnterlaqosda hava çox dəyişkəndir – dünənki proqnozlara görə bu gün nahardan sonra yağış ehtimalı 100% idi. Hətta komandalar öz proqramlarında bunu nəzərə alaraq dəyişikliklər etmişdilər. Lakin ikinci sessiya da quru asfaltda baş tutub.

F-1.az xəbər verir ki, Haas komandası yağış ehtimalına görə qərarını dəyişərək ilk sessiyada əsas sürücüləri ilə çıxış etmişdi. Lakin ikinci sessiyada Maqnusseni Antonio Covinatsi əvəzləyib.

Sessiyanın əvvəlində asfaltın istiliyi 50 dərəcəyə çatıb, güclü külək komandaların işinə mane olub. Səhərki məşqlərdə Soft və SuperSoft tərkibləri arasında fərq böyük deyildi, sürücülər onların səmərəliliyini yoxlamaq üçün ardıcıl dövrələr vurublar. İkinci sessiyada Medium təkərlərdən ümumiyyətlə istifadə olunmayıb.

Startdan 4o dəqiqə sonra Erikssonun maşını trasdan çıxaraq yerində fırlanıb və bariyerlərə toxunub. Sürücü maşını boksa çatdıra bilib və daha trasa qayıtmayıb. Alonso problemlərə görə sessiyanın ilk hissəsini buraxmalı olub, lakin sonra trasa çıxa bilib.

Sona 20 dəqiqə qalmış yağış damcılamağa başlayıb, lakin sürücülər sliklərlə işləməyə davam ediblər. Həmilton  səhərki nəticəni təkrarlaya bilməsə də, yenə hamıdan sürətli olub – 1:09.515. Məşqlər sabah davam edəcək.

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:09.51542
277Valtteri BottasMercedes AMG1:09.563+ 0:00.04845
33Daniel RikkardoRed Bull1:09.743+ 0:00.22837
45Sebastyan FettelFerrari1:09.875+ 0:00.36048
533Maks FerstappenRed Bull1:09.886+ 0:00.37138
67Kimi RəykkönenFerrari1:10.117+ 0:00.60245
731Esteban OkonForce İndia1:10.306+ 0:00.79149
819Felipe MassaWilliams1:10.373+ 0:00.85842
927Niko HülkenberqRenault1:10.396+ 0:00.88139
1014Fernando AlonsoMcLaren1:10.655+ 0:01.14031
1155Karlos SaynsRenault1:10.685+ 0:01.17042
1211Serxio PeresForce İndia1:10.695+ 0:01.18043
132Stoffel VandornMcLaren1:10.902+ 0:01.38738
1418Ləns StrollWilliams1:11.064+ 0:01.54944
158Roman QrojanHaas1:11.300+ 0:01.78539
1610Pyer QasliToro Rosso1:11.422+ 0:01.90744
1728Brendon HartliToro Rosso1:11.821+ 0:02.30654
1894Paskal VerlyaynSauber1:11.857+ 0:02.34243
199Markus ErikssonSauber1:11.989+ 0:02.47417
2050Antonio CovinatsiHaas1:12.417+ 0:02.90237

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 712
Teqlər , , , , , ,
Paylaş

logo