22 Noyabr 2017, Çərşənbə - 13:08

Braziliya-2017: Birinci sərbəst yürüşlər

Braziliya-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

17:37 - 10 Noyabr, 2017

İlk məşqlərdə iki komanda gənc sürücülərə yer verib – Force İndia-da Serxio Peresi əvəz edən GP3 çempionu Corc Rassel rəsmi Formula1 sessiyasında debüt edib, Sauber isə Şarl Leklerə Paskal Verlyaynın əvəzinə çıxış etmək imkanı verib.

F-1.az bildirir ki, Lekler sessiyanın əvvəlində Halo sistemi quraşdırılmış maşınla trasa çıxıb. Komandaların əksəriyyəti 2018-ci il üçün nəzərdə tutulmuş aerodinamik yenilikləri yoxlamaqla məşğul olub, daha sonra isə növbəti sessiyada yağış ehtimalı olduğu üçün uzun dövrələr vurmağa üstünlük verilib.

17-ci dəqiqədə Hartlinin maşını tüstülənib və yolda dayanıb. Təxliyə üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Brendon üçün sessiya daha tez başa çatıb. Bir neçə dövrə sonra komanda yoldaşı Qasli də MGU-H problemi ilə qaşrılaşıb və ilk məşqlər Toro Rosso üçün uğursuz alınıb.

Mercedes sürücüləri hamıdan güclü olublar – artıq ilk sessiyada trasın mütləq rekordu Həmilton tərəfindən yenilənib – 1:09.202. İkinci sessiya Bakı vaxtı ilə 20:00-da başlayacaq…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:09.20236
277Valtteri BottasMercedes AMG1:09.329+ 0:00.12743
37Kimi RəykkönenFerrari1:09.744+ 0:00.54232
433Maks FerstappenRed Bull1:09.750+ 0:00.54831
53Daniel RikkardoRed Bull1:09.828+ 0:00.62638
65Sebastyan FettelFerrari1:09.984+ 0:00.78232
719Felipe MassaWilliams1:10.102+ 0:00.90028
82Stoffel VandornMcLaren1:10.402+ 0:01.20026
931Esteban OkonForce İndia1:10.454+ 0:01.25236
1014Fernando AlonsoMcLaren1:10.476+ 0:01.27424
1118Ləns StrollWilliams1:10.632+ 0:01.43042
1235Corc RasselForce İndia1:11.047+ 0:01.84529
138Roman QrojanHaas1:11.188+ 0:01.98629
1420Kevin MaqnussenHaas1:11.463+ 0:02.26130
1555Karlos SaynsRenault1:11.467+ 0:02.26532
1627Niko HülkenberqRenault1:11.608+ 0:02.40635
1737Şarl LeklerSauber1:11.802+ 0:02.60032
189Markus ErikssonSauber1:11.898+ 0:02.69628
1910Pyer QasliToro Rosso1:14.034+ 0:04.8325
2028Brendon HartliToro Rosso2

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 287
Teqlər , , , , , ,
Paylaş

logo