17 Dekabr 2017, Bazar - 17:57

Braziliya-2016: İkinci sərbəst yürüşlər

Braziliya-2016: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

21:48 - 11 Noyabr, 2016

Hava proqnozlarında cümə günü də şimşək çaxacağı, yağış yağacağı bildirilirdi, lakin ikinci sessiya da səhərki sessiya kimi, quru havada baş tutub. Havanın temperaturu +31 dərəcəyə, asfaltın istiliyi isə +50 dərəcəyə çatıb.

F-1.az xatırladır ki, proqnozlarda şənbə və bazar günlərinin sərin və yağışlı keçəcəyi bildirilmişdi. Komandalar ikinci sessiyada yarış simulyasiyasına üstünlük veriblər. Renault səhər seansında Kevin Maqnussenin  güc qurğusunda yaranan problemi aradan qaldırıb və danimarkalı sürücü sessiyanın əvvəlindən trasa çıxıb. Boksda ən çox ləngiyən Həmilton olub – britaniyalı startdan 15 dəqiqə sonra məşqlərə başlayıb.

Eriksson yerində fırlanıb və təkər dəstini korlayıb. Rəykkönen isə gözlənilmədən Saynsın qarşısında manevr edərək pitə yollanıb. Stüardlar bu manevri sessiyadan sonra araşdıracaqlar. Sessiyanın 54-cü dəqiqəsində Fernando Alonsonun maşınında ERS problemi yaşanıb və mühəndislər ondan maşını saxlamasını istəyiblər. Fernando marşallara maşının kənara çəkilməsində kömək edib və sonra isə FOM-un operatorunun stulunda kameranın qarşısında əyləşib.

Kimi Rəykkönen və Censon Batton mexaniki problemlərə görə sessiyanı vaxtından əvvəl dayandırmalı olublar. Səhər olduğu kimi, yenə də protokollara Həmilton başçılıq edib – 1.12.271. O, komanda yoldaşını çox cüzi fərqlə üstələyib. Məşqlər şənbə günü davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:12.27141
26Niko RosberqMercedes AMG1:12.301+ 0:00.03040
377Valtteri BottasWilliams1:12.761+ 0:00.49047
419Felipe MassaWilliams1:12.789+ 0:00.51843
53Daniel RikkardoRed Bull1:12.828+ 0:00.55743
633Maks FerstappenRed Bull1:12.928+ 0:00.65745
75Sebastyan FettelFerrari1:13.002+ 0:00.73145
87Kimi RəykkönenFerrari1:13.047+ 0:00.77624
927Niko HülkenberqForce İndia1:13.299+ 0:01.02842
1022Censon BattonMcLaren1:13.440+ 0:01.16919
1114Fernando AlonsoMcLaren1:13.572+ 0:01.30118
1226Daniil KvyatToro Rosso1:13.689+ 0:01.41846
1355Karlos SaynsToro Rosso1:13.801+ 0:01.53047
1411Serxio PeresForce İndia1:13.918+ 0:01.64738
158Roman QrojanHaas1:14.074+ 0:01.80335
1620Kevin MaqnussenRenault1:14.109+ 0:01.83847
1712Felipe NasrSauber1:14.309+ 0:02.03840
1831Esteban OkonManor1:14.317+ 0:02.04646
1930Colion PalmerRenault1:14.436+ 0:02.16543
2021Esteban QutyerresHaas1:14.558+ 0:02.28742
219Markus ErikssonSauber1:14.695+ 0:02.42421
2294Paskal VerlyaynManor1:14.958+ 0:02.68722

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 773
Teqlər , , , , , , , ,
Paylaş

logo