13 Dekabr 2017, Çərşənbə - 15:13

Braziliya-2016: Birinci sərbəst yürüşlər

Braziliya-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

17:47 - 11 Noyabr, 2016

İnterlaqosda cümə günü səhər quru və günəşli hava olub. Lakin həftəsonuna yağış yağacağı proqnozlaşdırılır və komandalar quru hava şəraitindən maksimum istifadə etməyə çalışıblar.

F-1.az bildirir ki, bəzi komandalar gələn il üçün hazırladıqları aerodinamik yenilikləri yoxlayıblar. Niko Rosberq yeni arxa və ön qanadla trasa çıxıb, komanda yoldaşı Lyuis Həmilton isə builki elementlərdən istifadə edib. Bununla Mercedes-in mühəndisləri yeni və köhnə elementlər arasındakı fərqi görmək istəyiblər.

İlk sərbəst yürüş sessiyasına iki gənc sürücü cəlb olunub – Kevin Maqnusseni Sergey Sirotkin, Esteban Qutyerresi işə Şarl Lekler əvəzləyib. Kimi Rəykkönen, Niko Hülkenberq, Colion Palmer, Markus Eriksson və Roman Qrojan yeni Halo sistemini test ediblər.

Sessiyanın başlamasından 28 dəqiqə sonra Sirotkinin maşını pit yolunun girişində dayanıb. Onun güc qurğusunda hibrid hissəsində problem yaranıb və mexaniklər maşını boksa aparıblar. Bir qədər sonra Kvyat arxa sağ təkərində problem yaşayıb və çox aşağı sürətlə boksa qayıdıb. Hər iki rus sürücü sessiyanı vaxtından əvvəl tamamlamalı olub.

Protokollara Lyuis Həmilton başçılıq edib – 1.11.895. Maks ondan 0.096 saniyə geri qalıb. Ən çox məsafəni isə Valtteri Bottas qət edib. Niko isə üçüncü olub. Məşqlər nahardan sonra davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:11.89532
233Maks FerstappenRed Bull1:11.991+ 0:00.09629
36Niko RosberqMercedes AMG1:12.125+ 0:00.23026
43Daniel RikkardoRed Bull1:12.371+ 0:00.47627
577Valtteri BottasWilliams1:13.129+ 0:01.23436
611Serxio PeresForce İndia1:13.289+ 0:01.39431
727Niko HülkenberqForce İndia1:13.293+ 0:01.39833
819Felipe MassaWilliams1:13.318+ 0:01.42333
95Sebastyan FettelFerrari1:13.567+ 0:01.67224
107Kimi RəykkönenFerrari1:13.569+ 0:01.67426
1155Karlos SaynsToro Rosso1:13.711+ 0:01.81622
1226Daniil KvyatToro Rosso1:14.090+ 0:02.19515
1322Censon BattonMcLaren1:14.252+ 0:02.35727
1414Fernando AlonsoMcLaren1:14.296+ 0:02.40126
158Roman QrojanHaas1:14.507+ 0:02.61225
1612Felipe NasrSauber1:14.631+ 0:02.73621
179Markus ErikssonSauber1:14.654+ 0:02.75923
1831Esteban OkonManor1:14.827+ 0:02.93230
1930Colion PalmerRenault1:14.908+ 0:03.01332
2094Paskal VerlyaynManor1:14.948+ 0:03.05332
2150Şarl LeklerHaas1:15.391+ 0:03.49627
2246Sergey SirotkinRenault1:15.800+ 0:03.90510

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 892
Teqlər , , , , , , , , ,
Paylaş

logo