Brawn GP-nin heyəti gələn il dəyişməyəcək?

Ross Braunun sözlərinə görə, o əmindir ki, Censon Batton gələn il Brawn GP komandasında qalacaq. Qışda Honda komandası sahibini dəyişəndə, […]

Ross Braunun sözlərinə görə, o əmindir ki, Censon Batton gələn il Brawn GP komandasında qalacaq. Qışda Honda komandası sahibini dəyişəndə, Batton əmək haqqının azaldılmasına razı olmuşdu, amma Braun etiraf edir ki, əgər Censon bu il titul qazanars, vəziyyət dəyişə bilər…

Ross Braun: “Bunu 100% əminlikə deyə bilmərəm, amma Censon, hətta bizim işlər yaxşı gteməyəndə komandaya sadiq qalıb. O bizə həqiqətən inanırdı. Əlbəttə, o dünya çempionu olarsa, mənə ona daha böyük məbləğ təklif edəcəm.

Ümumiyyətlə, hələlik komandanın gələn mövsüm üçün heyətindən danışmaq tezdir, amma istisna etmirəm ki, heyətimiz dəyişməyəcək. Qeyd etməliyəm ki, Mercedes motorlarından da çox razıyam. Ümid edirəm ki, biz gələn il Mercedes-lə əməkdaşlığımızı davam etdirəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*