Brawn GP – hamını təəccübləndirib!

Barselona testləri sensasiya ilə başa çatıb – dördgünlük test seriyasının ən yaxşı nəticəsini Brawn GP-nin veteran sürücüsü Rubens Barrikello göstərib. […]

Barselona testləri sensasiya ilə başa çatıb – dördgünlük test seriyasının ən yaxşı nəticəsini Brawn GP-nin veteran sürücüsü Rubens Barrikello göstərib. İki həftə əvvəl çempionatda iştirakı sual altında olan bir komanda mövsümün əsas sürprizlərindən biri ola bilər. Brawn GP komandasının hələ maşını təkmilləşdirmək imkanı olacaq – martın 15-də Xeresdə başlayacaq testlərdə komanda Avstraliya Qran Prisinə hazırlığını davam etdirəcək…

Rubens Barrikello: “Mən xoşbəxtəm, bu gün biz problemsiz iki yarış məsafəsini qət etdik, toplanmış məlumatlar mənə və komandaya çox kömək edəcək. Maşın sürətli və etibarlıdır, biz Xeres testlərinə nikbin hisslərlə yollanırıq.”

Ross Braun: “Biz BGP01-in ilk testlərindən çox razıyıq. Bizim Avstraliya Qran Prisinə kimi yalnız 7 test günümüz var, bu imkandan maksimum istifadə etmək olduqca vacibdir – maksimum məsafə qət etməklə etibarlılığa əmin olmaq, bu həftə hər iki vəzifənin öhdəsindən gəldik.

Artıq ilk testlərdə maşının yüksək etibarlılığı Brəklidə çətin şəraitdə mühəndislərin necə ciddi iş görmələrindən xəbər verir. Censon və Rubenslə qarşılıqlı əməkdaşlıq müsbət nəticəsini verir, hər iki sürücü böyük məsafə qət ediblər və gələn həftə Xeresdə biz mövsümün ilk yarışına hazırlığı başa vuracayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*