Brabham Automotive Force İndia-nı alacaq?

Ötən il məlum olmuşdu ki, 2014-cü ildə dünyasını dəyişən üçqat dünya çempionu Cek Brəbhəmin varisləri Brabham brendi altında superkar istehsalı ilə məşğul olmaq və Formula1-də çıxış etmək istəyirlər.

F-1.az xatırladır ki, o zaman söhbət Force İndia-nın bazasında bir komanda yaratmaqdan gedirdi, lakin komandanın indiki sahibi Vicey Malya bunu təkzib etmişdi.

Dünən Brabham brendinin yaradılacağı elan edilib. Britaniyanın nüfuzlu Autocar nəşri onların Force İndia komandasını alacaqları barədə şayiələrdən bəhs edib. Amma tərəflərin bu sövdələşməyə olan marağını təsdiqləyən heç bir şey yoxdur.

Brabham Automotive rəsmisi bildirib: “Şirkət müxtəlif layihələrdə iştirak etmək imkanlarını daim öyrənir və biz yaxın vaxtlarda öz planlarımız barədə danışacağıq”.

Tərəflər arasında əməkdaşlığın fevralın 25-də baş tutacaq Force İndia-nın yeni maşınının təqdimatı zamanı açıqlanması ehtimalından bəhs edilir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*