BP şirkəti Formula1-ə qayıda bilər

British Petroleum (BP) şirkəti Formula1-dən keçən əsrin 90-cı illərində getmişdi, sonuncu dəfə şirkətin loqotipləri 1994-cü ildə Lotus və Tyrrell maşınlarını bəzəmişdi.

F-1.az Britaniya mətbuatına istinadən bildirir ki, 20 ildən sonra şirkət çempionata qayıda bilər. Mötəbər Financial Times qəzeti hesab edir ki, BP şirkəti McLaren komandası ilə 35 milyon dollarlıq müqavilə imzalamağa hazırlaşır.

Britaniyalı jurnalist Co Savar öz bloqunda yazıb ki, McLaren uzun illərdir ki, əməkdaşlıq etdiyi digər neft şirkəti Exxon Mobil-dan ayrılmayacaq, onun fikrincə, BP çempionatın digər komandası – Renault ilə danışıqlar aparır. Digər tərəfdən məlumdur ki, fransızlar Total şirkəti ilə əməkdaşlıq edirlər. Amma iki il əvvəl şirkətin prezidenti Kristof de Marjeri Moskvada aviaqəzada öldükdən sonra yeni prezident Patrik Puyanne sponsor paketlərini Renault-nun rəqibi olan Peugeot-Citroen alyansına yönəltmişdi.

2010-cu ildə Meksika körfəzindəki Deepwater Horizon neft platformasında baş verən ağır qəza BP-nin beynəlxalq imicinə ciddi zrbə vurmuşdu. Şirkət böyük məbləğdə cərimələr ödəmişdi, öZ aktivinin müəyyən hissələrini satmalı olmuşdu, indi isə şirkət başçıları vəziyyəti düzəltməyə çalışırlar və BP-ni dünyaya ətraf mühitin mühafizəsinin qeydinə qalan yüksək texnologiyalı şirkət kimi təqdim etmək istəyirlər.

Hibrid güc qurğuları erasında çempionata qayıtmaq yuxarıdakı məqsədlərə tam uyğundur və qarşıdakı həftələrdə bu şayiələr təsdiqlənə bilər…

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*