22 Oktyabr 2017, Bazar - 10:27

Bottasdan ikinci qələbə!

Bottasdan ikinci qələbə!

Müəllif: Elçin Zodorov, redaktor

17:40 - 09 İyul, 2017

Maraqsız keçən Avstriya Qran Prisinin son dövrələri azarkeşlərə həyəcanlı anlar yaşadıb.

F-1.az xəbər verir ki, yarışın startında Kvyat Alonsonu, o da Ferstappeni vurub, ispan və holland sürücülər yarışı yarımçıq saxlayıblar. Bottas və Fettel mövqelərini qorusalar da, Rəykkönen iki mövqe itirib. Bottasın vaxtından əvvəl start alması araşdırılıb, lakin finlandiyalının qayda pozuntusuna yol vermədiyi məlum olub.

Pit-stop dalğası başlasa da, Ferrari Rəykköneni pitə çox gec çağırıb. Bunun nəticəsində Həmilton onu üstələyib. Yarışın sonu isə çox maraqlı alınıb – Fettel lider Bottasla, Həmilton isə üçüncü yerdə gedən Rikkardo ilə fərqi minimuma endirib. Son metrlərə qədər mübarizə davam edib, lakin ötmə olmayıb və mövqelər dəyişməyib.

Bottas mövsümdə ikinci qələbəsini qazanıb, Fettel isə ikinci olaraq əsas rəqibi Həmiltonla çempionatda fərqi daha da artırıb. Rikkardo isə ardıcıl beşinci yarışı podiumda başa vurub. Yarış barədə ətraflı bir qədər sonra…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 609
Teqlər , ,
Paylaş

logo