V.Bottas Ferrari-yə keçidlə maraqlanmır…

Valteri Bottas Ferrari pilotu olmağın cəlbedici səsləndiyini bildirsə də, Williams-da çalışmaqdan razıdır...

F-1.az xəbər verir ki, keçən il Bottasın Ferrari-yə keçəcəyi ilə bağlı şayiələr yayılsa da, Ferrari onun həmyerlisi Kimi Rəykkönenlə müqaviləsini uzadaraq söz-söhbətlərə son qoymuşdu.

Finlandiyalı pilot bu barədə danışıb: “Ferrari xüsusi markadır. Təkcə Formula 1-də yox, bütünlükdə avtomobil sahəsində tanınan markadır. Hər kəs Ferrari-nin xüsusi komanda olduğunu bilir və bu komandanın pilotu olmaq hamı üçün maraqlı ola bilər. Amma mən indi bununla maraqlanmıram. Uşaqlıqdan Williams-ın uğurlarını eşitmişəm. Yəni, mən də bu idmanın ən güclü komandalarından birinin üzvüyəm və buna görə də xoşbəxtəm. Bütün pilotlar Mercedes kimi güclü bir komandada olub qələbələr qazanmaq istəyir. Amma mən Ferrari, Mercedes və ya  Williams arasında bir fərq görmürəm. Hamısı güclü komandalardır…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*