19 Noyabr 2017, Bazar - 14:30

BMW T.Qlokun müqaviləsini rəsmən təsdiq edib

BMW T.Qlokun müqaviləsini rəsmən təsdiq edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:04 - 25 Yanvar, 2013

Almaniyanın DTM kuzov çempionatında çıxış edən BMW zavod komandası Timo Qlokun müqaviləsini rəsmən təsdiq edib. Beləliklə, Qlok bavariyalıların heyətində sonuncu […]

Almaniyanın DTM kuzov çempionatında çıxış edən BMW zavod komandası Timo Qlokun müqaviləsini rəsmən təsdiq edib. Beləliklə, Qlok bavariyalıların heyətində sonuncu vakansiyanı tutub. Bu il BMW-nin şərəfini Qlokdan başqa Bruno Şpenqler, Auqusto Farfuş, Coey Hənd, Əndi Priol, Martin Tomçik, Dirk Vörner və Marko Vittman qoruyacaqlar.

Yens Markvardt, BMW Motorsport-un başçısı: “Biz şadıq ki, Timo Qlok BMW Motorsport-a qayıdıb. Karyerası boyu Timo bir neçə dəfə sübut edib ki, komanda üçün çox dəyərlidir. BMW Sauber komandasında test sürücü kimi çalışdıqdan 6 il sonra BMW-yə qayıtması əlamətdar bir hadisədir. Mən əminəm ki, Timoya DTM-ə öyrəşməyə elə də çox vaxt lazım olmayacaq və o, azarkeşlərə xoş anlar yaşadacaq.”

Qlok öz karyerasını Formula BMW-nin gənclər seriyasında başlayıb. 2000-ci ildə BMW ADAC Formula Junior Cup seriyasında titul qazanıb, bir il sonra Formula BMW ADAC kubokuna sevinib. 2004-cü ildə 22 yaşlı Qlok Formula1-də debüt edib – Jordan komandasında Corco Pantanonu Kanada Qran Prisində əvəz edən Qlok 2 xal qazanıb. 2005-ci ildə Şimali Amerikanın Champ Car seriyasında çıxış edib və 8-ci yeri tutaraq ilin ən yaxşı debütantı adını qazanıb. Avropaya qayıtdıqdan sonra Qlok GP2 seriyasında debüt edib və ikinci ili seriyanın çempionu olub.

Həmin il mövsümün ortasında BMW Sauber komandasını tərk etmiş Sebastyan Fettelin yerinə komandaya test sürücü seçilib və 2008-ci ildə Toyota komandasının sürücüsü olub. İki il ərzində 3 podium qazanan sürücü 2010-cu ildə indiki Marussia komandasına keçib. Ümumilikdə Qlok Formula1-də 91 Qran Pri keçirib.

DTM çempionatında yeni mövsüm mayın 5-də Hokkenhaymda start götürəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 303
Teqlər , , , , , , , , ,
Paylaş

logo