BMW Sauber hələ protestini geri götürməyib

BMW Sauber FİA-nın Apelyasiya Məhkəməsinin qərarına baxmayaraq ikili diffuzorlara qarşı protestini hələ də geri götürməyib. Formal olaraq Məhkəmə Ferrari, Red […]

BMW Sauber FİA-nın Apelyasiya Məhkəməsinin qərarına baxmayaraq ikili diffuzorlara qarşı protestini hələ də geri götürməyib. Formal olaraq Məhkəmə Ferrari, Red Bull Racing və Renault komandalarının Avstraliya Qran Prisi ərəfəsində qaldırdıqları protestləri təmin etməyib. Amma BMW Sauber komandasının Malayziyada qaldırdığı protest hələ də qüvvədədir. BMW Motorsport-un başçısı Mario Tayssen bildirib ki, onun komandası FİA-dan bu qərarı qəbul etmək səbəblərinin rəsmi elanını gözləyir…

Mario Tayssen: “Biz hələ qərara almamışıq ki, protesti geri götürək, yoxsa yox, çünki qərarın rəsmi mətnini gözləyirik, amma bu qərar bizi çox məyus edib. Biz qərarı qəbul etməliyik və edirik də.

Bizim komanda artıq belə bir element üzərində işləyir, amma bu çox çətin məsələdir, çünki diffuzor karbon parçası deyil. Diffuzor bütün aerodinamik konsepsiyanın bir hissəsi olduqda effektiv işləyir, ona görə də biz şassidə çox şeyi dəyişməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*