BMW protest verib

Melburnda BMW Sauber komandasının Brawn, Toyota və Williams maşınlarında diffuzorun konstruksiyası barədə protesti Renault, Red Bull və Ferrari komandalarının protestləri […]

Melburnda BMW Sauber komandasının Brawn, Toyota və Williams maşınlarında diffuzorun konstruksiyası barədə protesti Renault, Red Bull və Ferrari komandalarının protestləri ilə birlikdə qəbul olunmamışdı – komanda sadəcə olaraq ayrılmış vaxt ərzində sənədləri hazırlaya bilməmişdi. O zaman stüardlar heç bir qanun pozuntusu müəyyən etməmişdilər, onların qərarına yenidən protest verilmişdi və məsələnin müzakirəsi Apelyasiya Məhkəməsinin iclasına qalıb, iclasın gedişində isə BMW nümayəndələri də iştirak edəcəklər.

Apelyasiyaya qoşulmaq və qarşıdakı yarışın nəticələrini iclasda nəzərə almaq üçün Mario Tayssenin komandası bu gün protest verib – çox güman ki, stüardlar yenə də pozuntu tapmayacaqlar və aprelin 14-də artıq dörd komandanın nümayəndələri iki Qran Prinin nəticələrinə əsasən öz mövqelərini müdafiə edəcəklər.

Mario Tayssen: “Bu formal protestdir, biz zəmanət almalıqdıq ki, Malayziya Qran Prisinin də nəticələri məhkəmənin qərarlarına aid ediləcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*