BMW ilin sonunda Formula1-i tərk edir

Bu gün səhər tezdən Münhendə mətbuat konfransında BMW-in bu ilin sonunda Formula1-i tərk edəcəyi rəsmən bildirilib. Bu addımın səbəblərindən biri […]

Bu gün səhər tezdən Münhendə mətbuat konfransında BMW-in bu ilin sonunda Formula1-i tərk edəcəyi rəsmən bildirilib. Bu addımın səbəblərindən biri BMW Sauber komandasının 2009-cu ildə uğursuz çıxışlarıdır. Hərçənd, konsernin başçısı Norbert Raythoferin sözlərinə görə, bu qərar hər şeydən əvvəl şirkətin perspektiv inkişafının yeni strategiyası ilə bağlıdır.

Norbert Raythofer: “Əlbəttə, bu qərar bizim üçün çətin oldu. Amma biz bu addımı atmalı olduq, çünki şirkətin yenidənqurulması strategiyasını aparırıq.

Bizim əsas vəzifələr konsernin və ekoloji təmiz texnologiyaların inkişafını təmin etmək olacaq. Biz bu sahələrdə lider qalmaq istəyirik və daim layihələrimizin iqtisadi məqsədəyönlülük baxımından qiymətləndirilməsini aparırıq. Beləliklə, Formula1 artıq bu vəzifələrin həll olunması üçün əsas alət deyil.

Mario Tayssen bizim avtoidman proqramımıza 1999-cu ildən başçılıq edirdi, bu vaxt ərzində biz çox uğur qazanmışıq, o cümlədən, Formula1-də də. Mən Mario Tayssenə və onun ətrafına dərin təşəkkürümü bildirmək istəyirəm.”

Mario Tayssen bildirib ki, belə bir qərarın qəbul olunma səbəblərini başa düşür: “Əlbəttə, Münhen və Hinvilldəki bütün personal işini davam etdirmək və bu mövsümün üç uğurlu mövsümdən sonra təsadüfən uğursuz olmasını sübut etmək istəyirdi. Amma mən başa düşürəm ki, belə bir qərar korporativ baxımdan qəbul olunub. Biz bütün diqqətimizi yerdə qalan yarışlara yönəldəcəyik və Formula1-dən ayrılma ərəfəsində yaxşı nəticələr göstərməyə çalışacayıq.”

Konsernin direktorlar şurasının üzvü Klaus Dreqer bildirib ki, bu qərar az da olsa, komandanın zəif göstəriciləri ilə bağlıdır: “Təəssüf ki, bu mövsümdə biz vəzifələrimiz yerinə yetirə bilmədik.

Amma Formula1-də olduğumuz 10 il ərzində topladığımız təcrübə bizim mühəndislərin peşəkarlıqlarının artımına təsir edib. Biz avtoyarışlardan bir çox innovasiyalar qazanmışıq və onları adı yol maşınlarına tətbiq etmişik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*