BMW danışıqları davam etdirir

BMW konserni Sauber komandasının yaradıcısı və keçmiş başçısı Peter Zauberin təklif etdiyi komandanın xilasolma planını qəbul edə bilməyib, amma potensial […]

BMW konserni Sauber komandasının yaradıcısı və keçmiş başçısı Peter Zauberin təklif etdiyi komandanın xilasolma planını qəbul edə bilməyib, amma potensial alıcıların axtarışı davam edir. Bavariya konserni mövsüm sonunda çempionatı tərk edəcəyini bildirib, bundan sonra Razılıq Müqaviləsinin imzalanmasına qədər alıcı tapılmadığı üçün komandanın gələcəyi hələ də sual altındadır…

Amma Almaniyanın Auto Motor und Sport jurnalının verdiyi xəbərə görə, konsernin Münhen rəhbərliyi və potensial yeni alıcılar arasındakı danışıqlar hələ də davam edir. Jurnal BMW naməlum mənbəyə istinadən bildirir ki, artıq komandanı almaq istəyən “bir neçə perspektiv alıcı” var…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*