Beş yarışın başlanma vaxtı irəli çəkilib

Qarşıdakı mövsümdə beş yarışın vaxtı keçən mövsümlə müqayisədə bir saat irəliyə çəkilib – Avstraliyada, Malayziyada,Çində, Yaponiyada və Rusiyada yarışlar tez […]

Qarşıdakı mövsümdə beş yarışın vaxtı keçən mövsümlə müqayisədə bir saat irəliyə çəkilib – Avstraliyada, Malayziyada,Çində, Yaponiyada və Rusiyada yarışlar tez başlayacaq.

F-1.az xəbər verir ki, Jül Byankinin Suzukada ağır qəzasından sonra baş verənləri araşdıran komissiya gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün müəyyən məsləhətlər hazırlamışdı. Onlardan da biri yarışın yerli vaxtla qaranlığın düşməsindən ən azı 4 saat əvvəl başlamasıdır. Bu məsləhətə qulaq asan FİA Avropanın şərqindəki traslarda yarışın başlanma vaxtına düzəlişlər edib.

Avstraliya Qran Prisinin təşkilatçıları nə qədər bəyanat versələr də ki, yarışın start vaxtı dəyişdirilməyəcək, amma yeni sənədə müvafiq olaarq 2015-ci ildə Melburn yarışı yerli vaxtla adəti üzrə 17:00-da deyil, 16:00-da başlayacaq (Bakı vaxtılə 9:00). Digər yarışların da start vaxtını nəzərinizə çatdırırıq (yerli vaxtla/Bakı vaxtılə):

15 mart – Avstraliya Qran Prisi – 16:00/09:00
29 mart – Malayziya Qran Prisi – 15:00/12:00
12 aprel – Çin Qran Prisi – 14:00/11:00
19 aprel – Bəhreyn Qran Prisi – 18:00/20:00
10 may – İspaniya Qran Prisi – 14:00/17:00
24 may – Monako Qran Prisi – 14:00/17:00
07 iyun – Kanada Qran Prisi – 14:00/23:00
21 iyun – Avstriya Qran Prisi – 14:00/17:00
05 iyul – B.Britaniya Qran Prisi – 13:00/17:00
19 iyul – Almaniya Qran Prisi – 14:00/17:00
26 iyul – Macarıstan Qran Prisi – 14:00/17:00
23 avqust – Belçika Qran Prisi – 14:00/17:00
06 sentyabr – İtaliya Qran Prisi – 14:00/17:00
20 sentyabr – Simqapur Qran Prisi – 20:00/17:00
27 sentyabr – Yaponiya Qran Prisi – 14:00/10:00
11 oktyabr – Rusiya Qran Prisi – 14:00/16:00
25 oktyabr – ABŞ Qran Prisi – 14:00/00:00
01 noyabr – Meksika Qran Prisi – 13:00/23:00
15 noyabr – Braziliya Qran Prisi – 14:00/20:00
29 noyabr – Abu Dabi Qran Prisi – 17:00/17:00

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*