15 Oktyabr 2018, Bazar ertəsi - 21:11

Bentley şirkəti yeni Continental GT3 yarış avtomobilini təqdim edib

Bentley şirkəti yeni Continental GT3 yarış avtomobilini təqdim edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:02 - 10 Noyabr, 2017

Bentley şirkəti ikinci nəsil Continental GT3 yarış kupesini təqdim edib.

F-1.az xatırladır ki, əvvəlki nəsil yarış avtomobili 528 yarışda iştirak edərək, 120 podium və 45 qələbə qazanmışdı.

İstehsalçı yeni avtomobillə Blancpain GT Series Endurance Cup və İntercontinental GT Challenge seriyalarında qalib gəlmək niyyətindədir. Yeni model gələn il aprelin 22-də Montsada keçiriləcək yarışda debüt edəcək. Yarış kupesi yeni nəsil Continental GT modelinin əsasında yaradılıb. Avtomobilin hazırlanması ilə Bentley Motorsport bölümünün mühəndisləri və M-Sport komandasının mütəxəssisləri məşğul olublar.

Hazırda yarış avtomobilinin altı aylıq test proqramına start verilib.

Bentley Continental GT modeli 4.0 litrlik iki turbokompressorlu V8 mühərriyi ilə təchiz edilib. Mühərrik quru karterə, yeni giriş və buraxılış sistemlərinə, həmçinin Cosworth elektron idarəetmə blokuna yiyələnib. İstehsalçı mühərriyin gücünün 550 at qüvvəsindən çox olduğunu iddia edir. Güc qurğusu altı pilləli Ricardo sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Bu tandem mühərriyin gücünü karbondan hazırlanmış kardan valı vasitəsi ilə arxa oxa ötürür.

Öz növbəsində arxa ox yüksək sürtünməli differensiala malikdir. Bentley Continental GT3 tənzimlənən amortizatorları olan yeni asılqan, öndə altı porşenli, arxada dörd porşenli əyləc mexanizmləri, karbon lifindən hazırlanmış kuzov panelləri və aerodinamik paketlə təchiz edilib. Adi Continenetal GT modeli ilə müqayisədə yarış avtomobili 944 kiloqram yüngüldür – çəkisi 1300 kiloqramdan azdır.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Blancpain
Mənbə
Baxış Sayı 6. 602
Teqlər ,
Paylaş

logo